Qraviton - Wikipedia
Qraviton - Haqqında Məlumat
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qraviton və ya qravitasiya kvantı (00G) — qravitasiya sahəsinin enerji daşıyıcı kvantı, boson. Qraviton tamamilə hipotetik hissəcikdir və qarşılıqlı təsir daşıyıcısı hesab olunur. Qravitonlar təcrübi olaraq aşkarlanmamışlar və vakuumda təxminən saniyədə 3. 108 metr sürətlə hərəkət edirlər. İki qütbləşmə vəziyyəti vardır. Bunun səbəbi onun yüksək sürətlə hərəkət etməsidir və bu onun yalnız hərəkət istiqamətinin dikinə, yəni eninə qütbləşə bilməsinə vadar edir. Qravitonların təsir radiusu sonsuzdur. Ümumiyyətlə qraviton haqqında ümumi məlumat cəmləşdirdikdə aşağıdakı bəndləri alırıq:
- Qravitasiya sahəsinin kvantı qraviton adlanır
- Qravitonlar yüksüz hissəciklərdir.
- Qravitonlar spinə malikdir (spini ikidir).
- İstənilən kütləli cisim və ya zərrəcik özətrafında qravitonlar əmələ gətirir.
- Qravitoinlar hiqqs sahəsindən keçməmişdir və bu səbəbdən də, kütləyə malik deyillər.
- Qravitonlar sərbəst halda mövcud deyillər.
- Qravitonlar tam spinə malikdirlər, bosondurlar yəni Boze — Eynşteyn statistikasına tabedirlər.