Qranada Konfederasiyasi - Wikipedia
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət.
Tarixi dövlət | |||||
Qranada Konfederasiyası | |||||
---|---|---|---|---|---|
isp. Confederación Granada | |||||
|
|||||
|
|||||
Paytaxt |
Tunja Boqota |
||||
Rəsmi dilləri | İspan | ||||
Dövlət dini | Katolik | ||||
İdarəetmə forması | Konfederativ Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1853-cü ildə Yeni Qranada Respublikasında konstitusiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir.
27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır[1]. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir. Onlar dövləti Konfederasiya elan edərək, paytaxtı Tunja şəhərinə köçürür. Buna baxmayaraq ölkədə liberallar və konservantlar arasında mübarizə səngimir. 8 aprel 1859-cu ildə kongres icra hakimiyyəti haqqında qanun qəbul edir. Bu qanuna görə prezident ştat rəhbərlərini dəyişə və ştat rəhbərini təyin edə bilər. 10 may qanununa görə isə prezident ştat ərazisində icra orqanları yarada bilər, üstəlik həmin orqanlar ştatların ehtiyatlarının xərclərinə nəzarət edə bilərdi. Liberallar bu qanunu konstitusiyaya zid olduğunu bildirir. Bu səbəbdən 1860-cı ildə ölkədə vətəndaş müharibəsi başlayır və 1862-ci ildə bitir. Yeni Qranadanın keçmiş prezidenti və generalı Tomas Sipriano de Mosera konfederasiya prezidentini devirərək, özünü prezident elan edərək paytaxtı Boqotaya köçürür. Yeni müvvəqəti hökumət təşkil edilir. 1863-cü ildə ölkə Birləşmiş Kolumbiya Ştatları elan edilir.
İstinadlar
redaktə- ↑ http://www.lablaa.org/blaavirtual/revistas/credencial/agosto1994/agosto1.htm Arxivləşdirilib 2009-02-07 at the Wayback Machine Federalism in the 9 sovereign states