Qozbel Mustafa Pasa - Wikipedia
Qozbel_Mustafa_Paşa - Haqqında Məlumat
Qozbel Mustafa Paşa (ö. 1666) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Qozbel Mustafa Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Tərabülüs əş-Şam, Osmanlı imperiyası |
Həyat yoldaşı | Fatma Sultan |
Həyatı
redaktəDoğum tarixi və əsli haqqında məlumat yoxdur. Qozbel bir yeniçəri ikən ordu daxilində müxtəlif vəzifələrdə çalışmış, 1658-ci ilin fevralında yeniçəri ağalığına təyin edilmişdir. Ardından 1662-ci ilin martında vəzir rütbəsi alaraq Dəməşq, 1663-cü ilin fervalında isə Bağdad bəylərbəyi oldu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı və dekabr ayında Mərəş bəylərbəyliyinə gətirildi. 1665-ci ildə Tərabülüs əş-Şam bəylərbəyi oldu və ertəsi il orada vəfat etdi.
Mənbə
redaktə- Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
İstinadlar
redaktə- ↑ Sicill-i Osmani IV, səh. 171