Qorgi - Wikipedia
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri.
Qorgi | |
---|---|
yun. Γοργίας | |
Doğum tarixi | təq. e.ə. 483[1] və ya e.ə. 485 |
Vəfat tarixi | təq. e.ə. 375[1] |
Vəfat yeri | |
İstiqaməti | Sokrataqədərki fəlsəfə, sofistlər məktəbi |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfəsi
redaktəBöyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur. İnsan hətta öz yaşadığı anları nisbi olaraq yada salır. Qorgias "Təbiət ya da mövcud olmayan şey haqqında" əsərində iddia etmişdir ki, "heç nə mövcud deyil; nəsə mövcud olsa belə, onu qavramaq (dərk etmək) olmaz; o şey qavranılsa belə, onu sözlə ifadə etmək olmaz[2]. Bununla da Qorgias aşağıdakıları demək istəyirdi:
1. Əgər varlıq əbədidirsə, onda hüdudsuzdur; hüdudsuzdursa, onda o heç yerdə yoxdur. Əgər varlıq əbədi deyilsə, onda o mövcud olan bir şeydən yaranmalıdır. Bu isə imkansızdır, çünki bu halda varlıq özündən qabaq mövcud olardı. Ya da varlıq yoxluqdan yaranmışdır. Ancaq bu da imkansızdır, çünki yoxluqdan nəsə yarana bilməz. Onda deməli heç nə mövcud deyildir.
2. Varlıq mövcuddursa da, onun barəsində düşünmək olmaz, çünki düşünülənlə gerçəkliyin fərqi vardır. Belə olmasaydı, onda bizim düşüncəmizdə olan hər bir fikir gerçəkləşərdi.
3. Varlıq haqqında düşünülsə belə, onu başqasına anlatmaq olmaz. Çünki, anlatmaq üçün biz sözlərdən istifadə edirik. Söz isə o şeyə tam uyğun gəlmir. Əksinə, biz sözləri şeylərlə izah edirik.
Beləliklə, şeylər haqqında birmənalı heç nə demək olmaz. Onlar haqqında yalnız həqiqətə nisbətən uyğun fikir yürütmək mümkündür. Bu kimi müddəalar aqnostik dünyagörüşünün əsasında durur.
Mənbə
redaktəAydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 62-63. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
İstinadlar
redaktə- ↑ 1 2 Istituto dell'Enciclopedia Italiana Gòrgia di Leontini // Enciclopedia on line (it.).
- ↑ Софистика. Горгий Леонтийский: Трактат "О не-сущем, или О природе" в современных интерпретациях. Новосибирск: НГУ, 2014, s. 235.