Qolkonda - Wikipedia
Qolkonda — Qədim hind qalası, Qütbşahlar sülaləsinin ilk paytaxtı.
Qolkonda | |
---|---|
17°23′00″ şm. e. 78°24′15″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Heydərabad |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQədim bir Hind qalası olan Qolkonda, Qərbi Tilangana bölgəsində hökm sürən Varangal racalığının mərkəzi ikən 1363-cü ildə Bəhməni Sultani I Məhəmməd şahın önündən qaçan racə Kanhayya tərəfindən müsəlmanlara buraxildi. Sultan Şəhabəddin Mahmud zamaninda (1463–1482) Qərbi Tilanganaya vali təyin edilən türk əsilli Kuli Qütbülmülkün 1512-ci ildə müstəqiliyini elan etməsindən sonra da Qütubşahilərin paytaxtı oldu və bu durumunu, beşinci sultan Məhəmmədqulu bəy Qütubşahin 8 km. uzağa Heydərabadı qurub dövlətin mərkəzini buraya daşımasına (1590–1591) qədər sürdürdü. Bu tarixdən sonra da özəlliklə stratejik önəmi səbəbiylə ön plana çixan Qolkonda 14 Zilqədə 1098-də Baburlu hökmdari Övrəngzib tərəfindən səkkiz ay sürən bir mühasirə sonucunda ələ keçirildi.
Qolkondadə hindular tərəfindən kərpiçdən inşa edilən müstahkəm mövqelər Bəhmənilər tərəfindən daşlarla güçləndirilmiş və dörd müstəqil qaladan ibarət bu müdafiə təsisləri, ağirliklari 1 ton civarinda qranit bloklarla örülən 6 km. uzunluğundaki çox qalin bir divarla birləşdirilərək tək bir qala halinə gətirilmiştir. Bu sirada yarim dairə kəsitli səksən yeddi yəni bürclə takviyə edilən və Bala Hisar adi verilən qala, bat cəbhəsi bir uçurum halında olan yüksək qayalar üzərində yerləşir. Divarlarda Islam öncəsi Hindu izləri hələ mövcud olduğu kimi qayalara oyulmuş bəzi antik məbədlər də eynən mühafiza edilmişdir. Qütub-şahi xanədaninin dördüncü hökmdari Sultan Ibrahim Qütubşah zamaninda 967-ci ildə (1559–60) qala divarlarinin tahkimati daha da qüvvətləndirilmiş və iç tərəfə yenə bürcləri və sənətkaranə mazğallari olan müəzzəm bir divar daha tikilib. Övrəngzibin 1656-cı ildə səfəri sirasinda Qolkondaya siğinan Sultan Abdullah Qütubşah da qalanin şimal-şərqi tərəfini bəzi əlavələrlə gücləndirmiş və ayrica Qala-i Nev deyilən yeni bir qala inşa ettirmişdir.
Qaynaqlardan, xanədanin qurucusu Sultan Quli Qütbülmülkün Qolkondada bir çox məscid tikdirdiyi öyrənilməkdəysə də bunlardan sadəcə 1518-ci il tarixli olan bir dənəsinin ayaqda qala bildiyi görünür. Bu məsciddə Bəhməni və Tuğluqlu üslublari hakim olum tikintinin at nali şəklindəki kəmərləri, mehrabi və süsləmələri daha sonraki Qütubşah məscidləri üçün bir örnək təşkil etmişdir. 1561-ci il tarixli Mustafa xan Camii ilə Sultan Abdullahin anası Həyatbəxşi bəgimin türbəsinə bitişik olan və 1667-ci il tarixini daşiyan məscid özəlliklə zarif minarələri və süsləmələriylə diqqət çəkir. 1082-də (1671–72) Qolkonda yolu özərində inşa edilən Toli Məscid də çox böyük olmamasina baxmayaraq süsləməli qara mərmər kaidələr üzərində yüksələn minarələriylə Qütubşahf memarlığında önəmli bir yerə sahibdir.
Qütubşahi xanədaninin ilk yeddi sultani ilə şahzadələrin və digər bəzi xanədan üzvlərinin türbələri Qolkonda qalasinin 600 m. qədər şimal-qərbində yerləşir. Qübbəli, köşələri minarəli və cəbhələri kəmərli olan bu türbələr, özəlliklə süsləmələri və lahitlərdəki sədəf kakmalari ilə ün qazanmişdir.
Bölgədə zəngin almaz yataqlari var və Qolkondanin qiymətli daş ticarəti dolayisiyla Bəsrə körfəzi, Orta Asiya və Avropadan gələn tüccarlarla yaxin təmas içində olduğu görünür. Bundan dolayi golconda sözü Ingiliscədə "sərvət qaynaği, çox zəngin mədən yataği" anlaminda bir cins ismi olaraq da işlənilir.