Qliserin - Wikipedia
Qliserin - (propantriol – 1, 2, 3) üçatomlu spirtlərin ən sadə nümunəsidir. Qliserin şəffaf qatı mayedir, su ilə hər cür nisbətdə qarışır, o yüksək hidroskopikliyə malikdir və havadan 40%-dək su udur,
Qliserin | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H8O3 |
Molyar kütlə | 92,1 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,261 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 18 °S |
Qaynama nöqtəsi | 290 °S |
Buxarın təzyiqi | 0,003 ± 0,001 mm Hg[1] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,66 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 56-81-5 |
PubChem | 753 |
RTECS | MA8050000 |
ChEBI | 17754 |
ChemSpider | 733 |
Qliserinin alınma üsulları
redaktəMəlumdur ki, təbii piylər və yağlar mürəkkəb efirlərdən, yüksək doymuş və doymamış turşulardan ibarətdir. Əsasən bunlar palmetin-, steorin- və olein turşularıdır. Piylərin sabunlaşması adətən müxtəlif katalizatorların (turşu, qələvi, enzimlər) təsiri altında aparılır, bununla belə piylər qliserinə və piyli turşulara parçalanmırlar.
- Qliserin qələvi mühitində allil spirtinin KMnO4 iştirakı ilə oksidləşmə yolu ilə alına bilər.[2]
Qliserinin sənayedə alınması
redaktəMüasir zamanda sənayedə sintetik qliserin əsasən propilendən (neft emalı zamanı qazlardan çıxarılan propilen əsasında) istehsal olunur. Alınma üsulu 4 mərhələdən ibarətdir:
- Propilenin xlorlaşdırılması 500C-də:
- Allilxloridin allil spirtinə sabunlaşdırılması:
- Xlorit turşusunun elementlərinin birləşdirilməsi:
- Qliserinin xlorhidrinlərinin sabunlaşdırılması:
Qliserin allil spirtinin qələvi mühitində ehtiyatlı oksidləşməsi yolu ilə də alına bilər. Qliserinin kimyəvi xassələri onun tərkibində üç hidroksil qrupu olmalarına görə, üç sıra törəmə verə bilər, bununla belə mono- və di törəmələri iki struktur- isomer şəklində mövcud ola bilər. Qliserin üç sıra metal törəmələri verə bilər – məsələn, qurğuşun oksidi. Bu , odeməkdir ki, qliserinin turşuluğu bir atomlu spirtlərin turşuluğundan daha yüksəkdir. Turşuların, xloranhidrinlərin, ya da anhidlərin qliserinə təsirindən mürəkkəb efirlər alınır. Mürəkkəb efirlərin adları onların tərkibində olan turşulardan asılıdır, məsələn:
- Monostearin
- Üçstearin və s.
Tətbiq sahəsi
redaktəQliserin tətbiq sahələri müxtəlifdir: qida sənayesi, tütün sənayesinin, elektron siqaret, tibb sənayesi (lehimleme üçün flux kimi) yuyucu və kosmetik, kənd təsərrüfatı, tekstil, kağız və dəri sənayesi, plastik, boya və lak sənaye, elektrotexnika və radio mühəndisliyi istehsalı .
Qliserinin saxlamaq və qida özlülüyünü artırılması kimi bir xüsusiyyətləri var.
Gliserindən yüksək keyfiyyətli şəffaf şamlar yaratmaq üçün istifadə olunur.
Həmçinin dinamit istehsalında da qliserindən istifadə olunur.
Son illərdə, qliserin elektron siqaret üçün maye və patron hazırlanması üçün əsas komponenti kimi propilen qlikol ilə birlikdə istifadə olunur.
Mənbə
redaktə- Википедия Глицерин
- А.Е.Чичибабин. Основные начала органической химии. 1955. Том.1, стр. 426.
İstinadlar
redaktə- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0302.html.
- ↑ Горбов А. И., Менделеев Д. И. Глицерин // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907