Qiyasli Agdam - Wikipedia
Qiyaslı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd.[2] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qiyaslı | |
---|---|
40°01′35″ şm. e. 46°54′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0232[1] |
Tarixi
redaktəQiyaslı bir oymaq kimi 1727-ci ilə aid Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı mənbədə Otuziki elinin (tayfasının) oymaqları arsında adı çəkilərək yaşadığı yerləri göstərilir. Mənbəyə görə, Otuzikilər tayfasının Qiyaslı oymağı Həsir adlı yerdə qışılayır, Kotan və Kələki adlı çayların kənarında əkinçiliklə məşğul olur, yataqları Müşkəbad kimi tanınan Qarabaldır çayının kənarında və Dərdan kəndində olan yaylaqları Mağavuz, Kuhistan yeri, Çağlı, Alagöl, Ərdaş və binək kəndi tərəfdədir.
XVIII əsrin əvvəllərində Qiyaslı kəndi yox, Qiyaslı oymağı var idi və bu oymaq köçərilərdən ibarət olmaqla yanaşı, yaylaq və qışlaqlarda yaşamını keçirir, əkinlərini isə aran Qarabağda edirdilər. Digər mötəbər bir sənəd - Gürcüstan əyalətinin baş qubernatoru Yermolovun əmri ilə faktiki dövlət müşaviri Mogilyov və polkovnik Yermolov tərəfindən 1823 -cü il üçün tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" adlı sənəd Qarabağ əyalətinin vergi reyestri idi. Bu sənədə görə, Qiyaslı köçü 27 tüstüdən (yəni ailə) ibarət idi. Onlardan vergi ödəməyənlər maaf Yüzbaşı Bəylər – 1 tüstü, onun dayısı – 1 tüstü, bağban – 1 tüstü, rəncbərlər – 2 tüstü, bərbər və çavuş 2 tüstü, kasıblar 6 tüstüdən ibarət idi. Qiyaslıdan olan ailələr bir zamanlar Şuşa qalasında yaşayan və bir qoluda Şəkidə yaşayan Allahverdi ailəsinin soyundan idi. Əlimizdə olan müfəssəl xəritələrdən ən qədimi 1817-ci ildə əlahəzrət imperatorun baş qərargahının hərbi topoqrafik depoda qravirovka etdirdiyi xəritə və 1837 ci illərə aid general mayor Baron fon Xovenin tərtib etdiyi Qafqaz vilayətinin xəritəsidir. Bu xəritələrdə Qiyaslı kəndi qeyd edilməmişdir. Qiyaslı kəndinin qeyd edildiyi xəritələrdən hələ ki, ən qədimi 1880-ci ilə aid olan və Zeydlits tərəfindən hazırlanmış Qafqaz vilayətinin etnoqrafik xəritəsidir. Bu xəritədə Qiyaslı kəndi məscidə sahib olmayan kənd işarəsi ilə verilmişdir. Daha bir mötəbər mənbə rolunu oynaya biləcək xəritə Kənd cəmiyyətlərini və əhalinin dinə görə bölgüsünü göstərən Yelizavetpol quberniyasının xəritəsidir. 1886-cı ilə aid ailə siyahıları əsasında Qafqaz Statistika Komitəsi tərəfindən tərtib edilmişdir və İlin tərəfindən 1888-ci ildə nəşr edilmişdir. Bu xəritədə Qiyaslı kəndi məscidsiz kənd kimi göstərildiyi halda onun yaxınlığında olan Xıdırlı (Ağdam) və Seyidli (Ağdam) kəndlərində məscid olduğu göstərilmişdir.
1903-cü ilə aid Qafqaz Hərbi Dairəsinin xəritəsinə nəzər yetirdikdə Ağdam şəhəri yaxınlığında yerləşən Qiyaslı kəndinə də rast gəlirik. Xəritədə kəndlər müxtəlif işarələrlə verilirdi. Bunlardan biri adi kənd işarəsi, digəri də məscidi olan kənd işarəsi idi. Bu xəritədə də Qiyaslı kəndi məscidə malik olmayan kənd kimi göstərilir.
Artıq 1926-cı ilə aid Qafqazın 5 verstlik xəritəsində Ağdamın yaxınlığında iki Qiyaslı kəndinin mövcud olduğunu görürük.
Qubadlı rayonundakı Qiyaslı (Altin-Qiyaslı) kəndi ilə eyni mənşəlidir.
Əhalisi
redaktəTanınmışları
redaktə- Təhmuraz Abbasov - Texnika elmləri namizədi
- Şahmalı Kürdoğlu - Azərbaycanın tanınmış xanəndələrindən biri.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Mənbə
redaktə- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |