Qismet Gozelov - Wikipedia
Qismət Füzuli oğlu Gözəlov (1967, Salyan rayonu) — Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri.
Qismət Gözəlov | |
---|---|
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri[d] | |
Vəzifədədir | |
29 avqust 2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Həyatı
redaktəQismət Gözəlov 1967-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünaslıq ixtisası üzrə alıb.
1995-ci ildən etibarən Xarici İşlər Nazirliyində diplomat olaraq çalışıb. Xarici İşlər Nazirliyində işlədiyi 1995–1998-ci illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq münasibətlərinə məsul olub və iki Zirvə Toplantısında iştirak edib.
1998–2011-ci illərdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda vitse-konsul, konsul, baş konsul əvəzi, habelə müxtəlif dövrlərdə XİN-də şöbə müdiri vəzifələrində çalışıb.
2012–2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyin olunub.
2015–2018-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini vəzifəsində işləyib.
2019–2022-ci illərdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyinat alıb.[1]
Azərbaycan Prezidentinin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2]
Ailəlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ "Səfir: Qismət Füzuli oğlu Gözəlov" (az.). ashgabat.mfa.gov.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
- ↑ "Q.F. Gözəlovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.