Qidalanma Pozuntusu - Wikipedia
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir. Müəyyən bir zamanda yalnız bir qidalanma nizamsızlığı diaqnoz edilə bilər. Müalicə bir çox qidalanma nizamsızlığı müsbət təsir göstərə bilər. Tipik olaraq, bu psixoloji dəstək, düzgün bir pəhriz, normal bir miqdarda məşq və s kimi fəaliyyətləri əhatə edir. Daha ciddi hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Bəzi əlaqəli simptomlara kömək etmək üçün dərmanlar istifadə edilə bilər. Anoreksiya olan insanların təxminən 70% -i və bulimia olan insanların 50% -i beş il ərzində sağalır. Həm anoreksiya, həm də bulimiya ölüm risklidir.
Təsnifat
redaktəBulimiya nevroza doyma hiss etmədən, bir dəfəyə normadan artıq qida qəbul etmək və qidadan qeyri-təbii şəkildə azad olunmağa çalışmaq ilə xarakterizə olunan bir xəstəlikdir, habelə bədən çəkisi və ya formasının insanın özünə dəyər verməsini tənzimləməsidir. Qəsdən özünü qusdurmaq, həddindən artıq məşq və diuretik vasitələr, klizlər və laksatiflərin istifadəsi xarakterikdir. Nevrotik anoreksiya, qidalanmanı həddindən artıq məhdudlaşdırılması və kökəlmək qorxusu ilə müşayiət olunur, həddindən artıq kilo itkisi ilə xarakterizə olunur. Həddindən artıq çəki itirmə, menstruasiya başlayan qadın və qızların çox zaman aybaşı dövrlərini dayandırmasına səbəb olur. Bulimiya nevroza hədsiz çox yemə və ardından qidadan qurtulmağa çalışma (qəsdən özünü qusdurmaq, qusana qədər yemək, klizlərdən istifadə, gərəyindən çox məşq etmək) ilə xarakterizə olunur. Oruc tutmaq da qidalanmanın ardınca təmizlənmə üsulu kimi istifadə edilə bilər.
Binge qidalanma pozuntusu ən azı 3 aydan bir bir həftə müddətində həddindən artıq qida qəbulu və özünə nəzarətin itirilməsi ilə xarakterizə olunur. Xəstələr hədsiz çox qidalandıqdan sonra peşman və utanc hissi duyur və çox zaman tək yemək yeyirlər.
Əzələ dismorfiyası, şəxsin öz bədənini çox kiçik, çox cılız, kifayət qədər əzələli və ya kifayət qədər arıq olmaması üçün narahatlığı ilə xarakterizə olunur. Əzələ dismorfiyası əsasən kişilərə təsir göstərir.
Diabulimiya diabet xəstələrinin çəkilərini normada saxlamaq üçün qəbul etməli olduğu insulini qəsdən azaltmaları və ya qəbul etməmələridir.
Drunkoreksiya alkoqol kalorisi üçün qida qəbulunu məhdudlaşdıran, içkinin kalorisini yandırmaq üçün həddən artıq məşq etmək və əvvəllər qəbul edilmiş qidanı təmizləmək üçün həddindən artıq alkoqol içməklə xarakterizə olunan xəstəlikdir.