Qibti Kafedralina Terror Hucumu Qahire 2016 - Wikipedia
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu.[1][2][3] Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb.
Qibti kafedralına terror hücumu | |
---|---|
Hücum yeri |
Qahirə, Misir |
Vaxt |
11 dekabr, 2016 10:00 (UTC+2) |
Həlak olanlar | 25 |
Yaralılar | 50 |
Şübhəlilər | İŞİD |
Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur.[4] Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
İstinadlar
redaktə- ↑ "Blast near Cairo Coptic cathedral kills at least 22". 11 December 2016. 26 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016 – www.bbc.com vasitəsilə.
- ↑ "Blast hits near Christian cathedral in Cairo, 20 killed, 35 wounded – Egyptian state TV". Russia Today. 2016-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
- ↑ "Blast inside Cairo's Coptic cathedral kills at least 20, injures 35". 11 December 2016. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016 – Reuters vasitəsilə.
- ↑ Shams el-Din, Moataz. "25 قتيلاً و31 مصاباً في تفجير بكاتدرائية أقباط مصر ودعوات للتبرع بالدم". Huffington Post (Arabic). 11 December 2016. 12 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016. (#apostrophe_markup)