Qianna Terzi - Wikipedia
Qianna Terzi (yun. Γιάννα Τερζή; 1 dekabr 1980, Saloniki) — Yunanıstan müğənnisi və bəstəkarı. O, "Oneiro mou" mahnısı ilə Yunanıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Qianna Terzi | |
---|---|
yun. Γιάννα Τερζή | |
Ümumi məlumatlar | |
Doğum adı |
Qianna Terzi yun. Γιάννα Τερζή |
Doğum tarixi | 1 dekabr 1980 (44 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2004–h.h. |
Janrlar | Pop, Xalq musiqisi |
Musiqi aləti | vokal |
Albom şirkətləri |
Minos EMI Universal Music Greece Panik Records |
yiannaterzi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəQianna Terzi 1 dekabr 1980-ci ildə Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, Yunanıstanın tanınmış pop musiqiçilərindən biri olan Pasxalis Terzisin qızıdır. Terzi öz musiqi karyerasını başlatmaq üçün 20 yaşında ikən Afinaya köçmüş və gənc ifaçının Cobalt Music albom şirkəti ilə əməkdaşlığı nəticəsində 2006-cı ildə Gyrna to kleidi adlı debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və həmin şirkət ilə ortaq iş sayəsində 2008-ci ildə onun ikinci studiya albomu Ase me na taxidepso satışa buraxılmışdır. Bir müddət sonra Terzi Amerika Birləşmiş Ştatlarına köçmüş və orada Interscope Records albom şirkəti ilə yeni istedadların axtarışında əməkdaşlıq etmişdir.[1][2]
27 oktyabr 2017-ci il tarixdə Qianna Terzinin "Oneiro mou" mahnısı ilə Yunanıstanın ERT telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcək olan 20 ifaçından biri olduğu təsdiqlənmişdir. 8 noyabrda isə Terzinin yarışmanın finalına iştirak hüququ qazanan beş iştirakçıdan biri olması ERT tərəfindən təsdiqlənmişdir. Beş finalçıdan ikisinin mahnısında yunan musiqisindən yetərincə istifadə olunmaması səbəbi ilə Yunanıstan telekanalı həmin iki iştirakçını finaldan diskvalifikasiya etmiş və beləliklə Terzi ilk üçlüyə qalmışdır. Nəticə olaraq 16 fevral 2018 tarixində məhz Terzinin ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyi rəsmi olaraq elan edilmişdir.[3][4]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Qianna 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 14-cü səhnə almışdır. Nəticədə ifaçı 81 xalla yarımfinalda 14-cü yeri tutaraq, final mərhələsinə adlaya bilməmişdir.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Gyrna to kleidi | 2006 |
Ase me na taxidepso | 2008 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Ase me na taxidepso" | 2008 |
"Oneiro mou" | 2018 |
"Karma" |
İstinadlar
redaktə- ↑ "Διαβάστε όλες τις λεπτομέρειες για την Γιάννα Τερζή στον εθνικό τελικό και ποια μεγάλα ονόματα βρίσκονται πίσω από το τραγούδι της" (yunanca). 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2018.
- ↑ "Greece: Gianna Terzi with "Oneiro mou" to Eurovision 2018". Eurovoix. 16 fevral 2018. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "Two acts seemingly disqualified from Ellinikós Telikós". ESCXTRA.com. 16 fevral 2018. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "It's Gianna Terzi for Greece in Lisbon". ESCXTRA.com. 16 fevral 2018. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
Əvvəlki: Demy "This is Love" |
Yunanıstan Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Katerina Duska "Better Love" |