Qeyri Hokumet Teskilatlarina Dovlet Desteyi Agentliyi - Wikipedia
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır.[1][2]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 19 aprel 2021 |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520ci məhəllə, ev 20 |
Rəhbərlik | |
Sədr | Azay Quliyev |
Müşahidə Şurasının üzvləri |
|
İcraçı direktor | Aygün Əliyeva |
|
|
Rəsmi saytı | ngoagency.gov.az/az |
Haqqında
redaktə- 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır.[3][4]
Nizamnamə
redaktə- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir.[5]
Xarici keçidlər
redaktə- "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
İstinadlar
redaktə- ↑ http://e-qanun.az/framework/47274 (#bare_url_missing_title). 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanı". e-qanun.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- ↑ "2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə AR Prezidentinin Fərmanı". president.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- ↑ "Xalq" qəzeti, 3 dekabr 2021-ci il, № 262
- ↑ "Agentliyin Nizamnaməsi". e-qanun.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.