Qaziantep Terror Hucumu 2016 - Wikipedia
Qaziantep terror hücumu (türk. Ağustos 2016 Gaziantep saldırısı) — Türkiyənin Qaziantep şəhərində keçirilən toy məclisi zamanı baş vermiş terror hücumu. Hadisə 20 avqust tarixində yerli vaxtla saat 22:50-də Qaziantep şəhərinin Şahinbəyi bölgəsində keçirilən yerli toy məclisində yeniyetmə kamikadzenin özünü partlatması nəticəsində baş vermişdir.[2][3][4][5]
Qaziantep terror hücumu | |
---|---|
Türkiyə-İŞİD münaqişəsi | |
Hücum yeri |
Şahinbəyi, Qaziantep, Türkiyə 37°02′22″ şm. e. 37°23′34″ ş. u.HGYO |
Vaxt |
20 avqust, 2016 22:50 |
Silah | partlayıcılar |
Həlak olanlar | 51[1] |
Şübhəlilər |
İŞİD PKK |
Arxa plan
redaktəTerrorçular tərəfindən terror hadisəsinin törədiləcəyi yerin 2016-cı il 20 avqust tarixində saat 10:50 də təyin eldiyi təxmin edilir. Həmin gün şəhərin Şahinbəyli bölgəsində 200 nəfərin iştirakı ilə keçiriləcək toy məclisinin əraziyə yaxın yerdə yaşayan yerli kürd icmasının təşəbbüsü ilə keçirilirməsi planlaşdırılmışdı. Hadisə nəticəsində gəlin yara almadan xilas olsa da, bəy ağır şəkildə qəlbə yarası almışdır.[5][6][7] Türkiyə Təhlükəsizlik Qüvvələri hadisənin törədilməsində 2 qüvvənin şübhəli olduğunu elan etmişdir. İŞİD və PKK hadisənin əsas sifarişçilərindən hesab olunur. Hadisə baş verəndən sonra heç bir terror təşkilatı hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməmişdir.[8][9] Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin İŞİD tərəfindən yetişdirilmiş 12-14 yaşlı yeniyetmə tərəfindən törədildiyini bildirib. Hadisə nəticəsində toy mərasimində iştirak edən 50-dən çox şəxs həlak olub, 94 nəfər müxtəlif dərəcəli bədən xəsərətləri alıb.
Reaksiyalar
redaktəAzərbaycan prezidenti İlham Əliyev Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayışla əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.[10] Prezident İlham Əliyev Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu çox sarsıtdığını bildirib. Dövlət başçısı partlayış nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib:
“Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”. |
İstinadlar
redaktə- ↑ Yeginsu, Ceylan. "Bombing at Wedding in Turkey Kills More Than 50". nytimes.com. New York Times. 21 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2016.
- ↑ "Suicide bomber at Turkish wedding was as young as 12, president says" (ingilis). Fox News. 2016-08-21. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- ↑ "30 killed, 94 injured as blast rips through wedding ceremony in Turkey (GRAPHIC)". rt.com. Russia Today. 21 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2016.
- ↑ "Turkey wedding suicide bomber 'was child aged 12-14' - BBC News" (ingilis). 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- ↑ 1 2 "Bombing at wedding party in southern Turkey kills at least 50". Reutets. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- ↑ WAM, AFP,. "At least 50 killed in Turkey wedding attack near Syria border". 2016-08-21. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- ↑ Coker, Margaret; Grove, Thomas. "Wedding Blast in Southern Turkey Kills at Least 50". Wall Street Journal. 2016-08-21. ISSN 0099-9660. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- ↑ "Bomb attack on wedding kills at least 27 in southern Turkey: Erdogan". reuters.com. Reuters. 21 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2016.
- ↑ AFP. "At least 30 killed in Turkey wedding attack near Syria border". 21 August 2016. 22 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2016.
- ↑ "Prezident İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib - Bakı-APA.az". 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.