Qaziantep Qalasi - Wikipedia
Qaziantep qalası — Qaziantepin mərkəzindəki bir təpəyə qurulmuş qala. Nə zaman inşa edildiyi məlum olmamaqla birlikdə, Roma dövründə müşahidə məqsədli istifadə edildiyi məlumdur. Qaziantepdə Alleben dərəsinin kənarında, qismən təbii qayalıq, qismən də təpənin üstünə qurulmuşdur. Şəhərə hakim bir mövqedədir. Daxili və xarici qaladan formalaşmaqda olub, təxminən dairəvi planlıdır. Monumental giriş qapısından xarici qalaya girəndə, qalanın daxili təbəqələrinə və üstünə doğru açılan iki yol vardır. Sola açılan yoldan, dəmir örtməli monumental ikinci bir qapı və buradan asma körpüylə keçilən yolla iç qalaya çatılır. İç qala qapısının istiqamətində 150 metr uzunluğunda işıqlandırılmış bir qalereya yer alır. Fasilələrlə mazğal pəncərələrinin yerləşdirildiyi bu qalereyadan bürclərə çıxılır. Bütövlükdə on iki bürcün olduğu iç qalada XIII əsrə aid hamam və məscid qalığı mövcuddur. Qala ətrafında, eni 30 metr, dərinliyi isə 10 metr olan bir xəndək var idi. Buradan qalaya keçid körpü ilə təmin olunurdu. Bu xüsusiyyətləri Antep qalası; Ətrafında şəhərlə əlaqədar abidənin toxunun qorunduğu qədim Antep evlərini, karvansaraları, hamamları, məscidləri və s. memarlığının yaratdığı qədim şəhərin bütövlüyünün, ən gözəl və mənalı izləndiyi seyringah xüsusiyyəti daşıyır. Bizans dövründən sonrakı illərdə xüsusilə Məmlüklər, Dulkadiroğulları və Osmanlılar ehtiyaca görə qalanı zaman-zaman təmir etmişdilər və buna dair də təmir kitabələri qoymuşdular. Qala ikinci dəfə, 1481-ci ildə Misir sultanı Kayıtbay tərəfindən əldən keçirilmişdir. Əsas qapı üzərində olan kitabədən, baş qapı və qala körpüsünün iki yanındakı qüllələrin, Osmanlı İmperiyası dövründə Qanuni Sultan Süleyman tərəfindən 1557-ci ildə yenidən tikildiyi anlaşılır.[1]
Qaziantep qalası | |
---|---|
türk. Gaziantep Kalesi | |
Ümumi məlumatlar | |
Status | Zədəli |
Növü | Qala |
Memarlıq üslubu | Müşahidə məqsədləri üçün |
Ünvan | Şahinbəy, Qaziantep, Türkiyə |
Ölkə | Türkiyə |
Koordinatlar | 37°03′40″ şm. e. 37°23′16″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Qala tarix boyu bir çox dəfə bərpa edilmiş və son halını 2000-ci illərin əvvəlində aparılan bir bərpa ilə almışdır.
Dairə şəkilli qalanın ətrafı 1200 metrdir. Divarları daş bloklardan olan 12 qülləsi və bürcləri vardır. Qala, hal-hazırda "Qaziantep Müdafiəsi və Qəhrəmanlıq Panoraması Muzeyi" olaraq istifadə edilir. Qaziantepin göstərdiyi müdafiə 45 dəqiqəlik sənədli filmlə qala içərisində göstərilir.
İstinadlar
redaktə- ↑ "Bizans dönemini takip eden yıllarda özellikle Memluklular, Dulkadiroğulları ve Osmanlılar ihtiyaca göre kaleyi zaman zaman onarmışlar ve buna dair de onarım kitabeleri koymuşlardır". 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.