Qazi Gumustigin - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar.
Qazi Gümüştigin | |
---|---|
Əmir Məlik Qazi | |
1084 – 1104 | |
Əvvəlki | Danişmənd Qazi |
Sonrakı | Məlik Qazi |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1104 |
Atası | Danişmənd qazi |
Uşağı |
Həyatı
redaktəOnun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir.
Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi.
1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir.[1]
Populyar mədəniyyətdə
redaktəQazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.[2]
İstinadlar
redaktə- ↑ "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.
- ↑ "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". Milliyet (türk). 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.