Qazaxfilm - Wikipedia
"Qazaxfilm" (tam adı: Şaken Aymanov adına "Qazaxfilm" kinostudiyası; qaz. Шәкен Айманов атындағы «Қазақфильм» акционерлік қоғамы, rus. «Казахфильм» имени Шакена Айманова) — Qazaxıstanın Almatı şəhərində yerləşən kinostudiya. «Qazaxfilm» kinostudiyası Qazaxıstandakı ən böyük kinostudiyadır. "Qazaxfilm"in hal-hazırkı əsas fəaliyyətinə ssenarilərin və layihələrin hazırlanması, filmlərin istehsalı və post-prodakşn prosesi aiddir. Qazaxıstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra kinostudiyanın büdcəsi beş qat azalmışdır.[2]
"Qazaxfilm" | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Səhmdar cəmiyyət |
Sənaye | film sənayesi |
Məhsulları |
Bədii film Telefilm, Animasiya filmi |
Təsis tarixi |
1934 (kinoxronika studiyası olaraq) 1941 (kinostudiya)<)[1] |
Baş qərargahın yeri | |
kazakhfilmstudios.kz | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1934-cü ildə indiki kinostudiyanın yerində Alma-Ata kinoxronika studiyası açılmışdır. 1936-cı ildə bu studiya sənədli filmlər çəkməyə başladı. 1938-ci ildə «Lenfilm» kinostudiyasının dəstəyi ilə Qazaxıstanın ilk bədii filmi Amangəldi çəkilmişdir. Qazaxıstan SSR Xalq Komissarları Şurasının 12 sentyabr 1941-ci ildə tarixli və 762 nömrəli qərarı əsasında Alma-Ata kinostudiyası yaradılmışdır. 15 noyabr 1941-ci ildə Alma-Ata kinostudiyası «Mosfilm» və «Lenfilm» kinostudiyaları ilə Mərkəzi Birləşmiş bədii film kinostudiyası MBBFK (rus. Центральную Объединённую киностудию художественных фильмов, abr. ЧОКСФ) adı altında birləşmişdir. 25 yanvar 1944-cü ildə kinostudiyanın adı Alma-Ata bədii və xroniki film kinostudiyası olaraq dəyişdirilmişdir. 9 yanvar 1960-cı ildə Qazaxıstan SSR Mədəniyyət Nazirliyinin qərarı ilə Alma-Ata bədii və xroniki film kinostudiyasının adı «Qazaxfilm» olaraq dəyişdirilmişdir. Bundan üç il sonra, 9 yanvar 1963-cü ildə Qazaxıstan Kinematoqrafçılar İttifaqının Birinci Qanunverici Qurultayı keçirilmiş, Şaken Aymanov birinci katib seçilmişdir. Həmin ilin 28 mayında Qazaxıstan SSR Nazirlər Sovetinin kinematoqrafiya üzrə Dövlət Komitəsi – Qazaxıstan SSR Qoskinosu (1963–1988) yaradılmışdır. 1967-ci ildə Qazaxıstanda cizgi filmləri istehsalına start verilmişdir. Ölkədə istehsal olunan ilk cizgi film – Qaranquşun niyə kiçik buynuzlu quyruğu var Amin Heydərov tərəfindən çəkilmişdir. 1968-ci ilə qədər kinostudiya Mədəniyyət Sarayının binasında (Boqenbay Batır küçəsi, 134) yerləşirdi.[qeyd 1] Həmin il kinostudiyanın binası şəhərin cənubunda, 19 hektarlıq bir ərazidə yerləşən kompleksə (Əl-Fərabi prospekti, 176) köçmüşdür.[3] Kinostudiya 1984-cü ildən bəri Qazaxıstan kinosunun atası hesab edilən Şaken Kenjetayeviç Aymanovun adını daşıyır. 1985-ci ildə Respublika Yaradıcılıq-İstehsalat Assosiasiyası (rus. Республиканское творческо-производственное объединение, abr. РТПО) yaradılmışdır. 20 avqust 1996-cı ildə Şaken Aymanov adına «Qazaxfilm» kinostudiyası «Qazaxfilm» kinostudiyasına (material və texniki baza) və Qazaxıstan Respublikası Milli Yaradıcılıq Mərkəzinə (yaradıcı prosesin təşkil edilməsi, azad peşəkar studiyalarla əməkdaşlıq) bölünərək yenidən strukturlaşmışdır. 28 mart 2000-ci ildə «Qazaxfilm» kinostudiyası, QR Milli Yaradıcılıq Mərkəzi, Kazkinoprokat və Qosfilmofond dövlət şirkətlərinə çevrildi. Baş direktor Bakkoc Qasımcanov təyin edilmişdir. 2005-ci ildə kinostudiya səhmdar cəmiyyətə çevrilmişdir. 24 noyabr 2009-cu ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev kinostudiyanı ziyarət etmişdir.[4] 2010-cu ilin yanvar ayında kinostudiyada kino istehsalı üçün verilən maksimum müddət 6 ildən 2 ilə endirilmişdir.[5]
Sahiblik və dəyər
redaktə2014-cü ilin may ayında kinostudiyanın səhmlərinin hamısı Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinə aid idi, amma 2014–2015-ci illərdə baş verən geniş özəlləşdirmə layihəsinin bir nəticəsi olaraq, səhmlərin 49%-i özəl qurumlara satılacaq.[6] «Qazaxfilm» kinostudiyasının ümumi dəyəri 3,398,529,000 tengədir (18,370,427 ABŞ dolları). Kinostudiyanın səhmlərinin 49%-nin dəyəri təxminən 1,665,279,210 tengədir (9,001,509 ABŞ dolları).[7]
Rəhbərlik
redaktə- 1953–1970 — Şaken Aymanov
- 1970–1978 — Azərbaycan Məmbətov
- 1978–1992 — Ədrak Əmirquliyev
- 1992–2002 — Serqey Əzimov
- 2002–2006 — Serqey Əzimov
- 2006–2007 — Anar Qaşaqanova
- 2007–2008 — Ərmək Amanşeyev
- 2008–2015 — Bəxt Qayırbəyov
- 2015–h.h. — Yermək Amanşayev
Filmlər
redaktəHəmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Hal-hazırda orada Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasının binası yerləşir.
İstinadlar
redaktə- ↑ "Kazakhfilm history". 30 noyabr 2011 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Минкультуры: бюджет "Казахфильма" следует увеличить многократно". «Forbes.kz». 20 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2018.
- ↑ "Казахфильм". «Almatykala». 20 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2018.
- ↑ "Президент посетил киностудию «Казахфильм»". Zakon.kz. 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "На расширенном заседании коллегии Министерства культуры и информации РК Премьер-Министр К. Масимов поручил МКИ в этом году выработать конкретные предложения по вопросу внедрени". ru.government.kz. 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "О внесении изменений и дополнений в постановление Правительства Республики Казахстан от 31 марта 2014 года № 280 "Об утверждении Комплексного плана приватизации на 2014 - 2016 годы"". 30 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
- ↑ "Киностудия "Казахфильм" оценена в 3,4 миллиарда тенге". 20 fevral 2015 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- kazakhfilmstudios.kz — «Qazaxfilm» kinostudiyasının rəsmi saytı
- «Qazaxfilm» (ing.) Internet Movie Database saytında