Qazaros Agayan - Wikipedia
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840[1][2][…] və ya 16 aprel 1840[3], Xaçın, Tiflis qəzası[1] – 20 iyun (3 iyul) 1911[2][3], Tiflis) — erməni pedaqoqu və yazıçısı.
Qazaros Ağayan | |
---|---|
erm. Ղազարոս Աղայան | |
Doğum tarixi | 4 (16) aprel 1840[1][2][…] və ya 16 aprel 1840[3] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun (3 iyul) 1911[2][3] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, müəllim, publisist, ictimai xadim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir. Əsərlərində Azərbaycan xalq məsəllərindən istifadə etmişdir. Bəzi şeir və hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. Ağayan 3 iyul 1911-ci ildə Tiflis şəhərində vəfat etmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1. S. 123.
- ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
- ↑ Ағајан Газарос // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 95.
Xarici keçidlər
redaktə- Биография писателя на сайте armen-tales.ru
- Саркисян Р. Заметки к генеалогии рода Агаянов. — М.: Открытый Мир, 2006.