Qazan Herbi Dairesi - Wikipedia
Qazan Hərbi Dairəsi — 1864–1918-ci illərdə Rusiya imperator ordusunun, 1945–1946-ci illərdə SSRİ Silhlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə.
Tarixi
redaktəRusiya imperiyasında Qazan Hərbi Dairəsi 1864–1918-ci illərdə mövcud olmuşdur. Hərbi dairənin ərazisinə Qazan, Perm, Vyatka, Penza, Simbirsk, Saratov və Həştərxan quberniyaları daxil idi. 1981-ci ildə onun tərkibinə ləğv olunmuş Orenburq Hərbi Dairəsinin ərazisi də daxil edilmişdi.
Rusiya Xalq Komissarları Sovetinin 4 may 1918-ci il tarixli dekretinə əsasən keçmiş Qazan Hərbi Dairəsinin ərazisi yeni yaradılan Volqaboyu (mərkəz Samara şəhəri olmaqla) və Ural (mərkəz Yekaterinburq şəhəri olmaqla) hərbi dairələri arasında bölüşdürüldü.
SSRİ-də Qazan Hərbi Dairəsi 9 iyul 1945-ci ildə təşkil olunmuşdu. Hərbi dairə Kirov vilayətinin və Tatar, Udmurt, Mari, Çuvaş MSSR-nın ərazilərini əhatə edirdi. Hərbi dairə 4 fevral 1946-cı ildə ləğv edilərək Volqaboyu Hərbi Dairənin tərkibinə daxil edilmişdi.
Qazan Hərbi Dairəsi (1864–1918) qoşunlarının komandanları
redaktə- 1864–1865-ci illərdə — general-leytenant Knorinq Roman İvanoviç,
- 1865–4 fevral 1867- general Semyakin Konstantin Romanoviç,
- 21 fevral 1867–16 aprel 1872 — general Boris Qriqoryeviç Qlinka-Mavrin,
- 1872–25 may 1882 — general-leytenant Brunner Andrey Osipoviç,
- 25 may 1882–26 avqust 1901 — general-leytenant Qriqori Vasilyeviç Meşerinov
- 15 sentyabr 1901–25 oktyabr 1905 — general Andrey Ivanoviç Kosiç,
- 7 dekabr 1905–23 sentyabr 1907 — general Karass İvan Aleksandroviç,
- 24 sentyabr 1907–7 fevral 1912 — general-leytenant Aleksandr Henrixoviç Sandetsk,
- 7 fevral 1912–19 iyul 1914 — general Anton Yeqoroviç Zaltsa,
- 24 sentyabr-18 oktyabr 1914 — general Anton Yeqoroviç Zaltsa.
Dairənin hərbi rəisləri
redaktə- 6 yanvar-8 avqust 1915 — general Platon Aleksandroviç Qeysman,
- 8 avqust 1915–10 iyul 1916 — general Aleksandr Henrixoviç Sandetsk,
- mart-iyun 1917 — general Aleksandr Zaxaryeviç Mışlayevski
- iyul-oktyabr 1917 — polkovnik Pavel Aleksandroviç Koroviçenko,
- ? — noyabr 1917 — general Dobrının,
- noyabr 1917-may 1918 — praporşik N.Y.Yerşov
Hərbi dairənin komandanı (1945–1946-cı illər)
redaktəSovet dövründə Qazan Hərbi Dairəsinin komandanı general-leytenant P.İ.Lyapin (1945) və general-polkovnik N.İ.Qusev (1945–1946) olmuşdur.
Mənbə
redaktə- Казанский военный округ // "К-22" — Линейный крейсер / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 4).
- "К-22" — Линейный крейсер / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — С. 30. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 4).
Xarici keçid
redaktə- "Казанский военный округ". encyclopedia.mil.ru. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2012.
- "Казанский военный округ". regiment.ru. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2012.