Qayaliq Velemirqusu - Wikipedia
Qayalıq vələmirquşu (lat. Emberiza buchanani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3] Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur.
Qayalıq vələmirquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qayalıq vələmirquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəBağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir. Qanad lələkləri (digərlərindəki kimi qaramtıl deyil) boz qəhvəyidir. Cavanı dağ vələmirquşundan boz quyruq hissəsi, daha açıq rəngli ayağı və quyruq altı örtükləri ilə seçilir.
Yayılması
redaktəDünya miqyasında böyük yayılma arealına malik olub, Şərqi Türkiya, İraq, İran, Əfqanıstan, Mərkəzi Asiyanın dağları, Şimal Hindistan və Qərbi Çində (Sintzyan-Uyğur Muxtar Rayonu) yuvalayır. Azərbaycanda əsasən Naxçıvan Muxtar Respublikasının isə Nehrəmdağ, Noxuddağ, Dərəşam, İlandağ, Camaldın və Darıdağ ərazilərində və çox az sayda Zuvand yaylasında rast gəlinir. Qobustan Qoruğunun Böyük-daş dağında və Türyançay qoruğunun Bozdağında rast gəlinməsi dəqiqləşdirilməlidir
Həyat tərzi
redaktəƏsas yaşayış yeri quraq, qayalıq, daşlıqlı və bitki örtüyü zəif inkişaf etmiş yüksək dağlarda yaşayırlar. Qidasını həşarat və toxumlar təşkil edir. Erkək və dişi bir-birindən az fərqlənirlər. Yuvalayan növdür
Sayı
redaktəDünya üzrə sayı məlum deyil. Ancaq Avropada 6400 cüt qiymətləndirilir (Türkiyə, Azərbaycan, Ermənistan). Aparılan ekspedisiya-tədqiqatlar zamanı nadir hallarda rast gəlindiyindiyi üçün azsayl növ olduğu məlumdur. Azərbaycanda ümumi sayı (əsasən Naxçıvanda olmaqla) 100 cüt ətrafında qiymətləndirilir.
Azalma səbəbləri
redaktəDavamsız otarma və ərazlərdə əkin-biçin işləri, dağ yollarının çəkilməsi səbəb ola bilər.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəYaşayış ərazilərini qismən Zəngəzur Milli Parkı, Ordubad və Zuvand yasaqlığında qorunur. Bern konvensiyalarına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYaşayış ərazilərində otarmanın, otların biçilməsinin, əkin işlərinin və yaşadığı ərazilərdən yol çəkilməsinin məhdudlaşdırılması növün davamlılığını qoruyar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
Mənbə
redaktə- Azərbaycan Respublikasının Qırmızı Kitabı. Fauna. II nəşr. Bakı: 176 səh.