Qay Ritci - Wikipedia
Qay Stüart Ritçi, (ing. Guy Ritchie; 10 sentyabr 1968[1][2][…]) – britaniyalı kinorejissor, ssenarist və prodüser. Daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. 2002-ci ildə Ələ keçirilmişlər filminə görə ən pis rejissor nominasiyası üzrə "Qızıl moruq" mükafatına layiq görülmüşdür.
Qay Ritçi | |
---|---|
ing. Guy Ritchie | |
Doğum tarixi | |
Doğum yeri | Hatfild, Hartvordşir, Böyük Britaniya |
Həyat yoldaşı |
|
Uşaqları | 5 |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, sahibkar, cüdoçu, rejissor |
Fəaliyyət illəri | 1995-ci ildən |
IMDb | ID0005363 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBaxmayaraq Ritçi özündə pis rayondan olan sadə oğlan obrazını görür, reallıqda heç də hər şey belə deyil. Ömrünün böyük əksəriyyətni valideynləri boşandıqdan sonra ögey atası ser Maykl Litonun on yeddinci əsrə məxsus malikanəsində keçirmişdir.
Disleksiyadan əziyyət çəkən Ritçiyə vaxtını məktəbdə keçirmək dözülməz gəlirdi. O orta təhsili təsdiqləyən GCSE sertifikatını əldə etmək üçün ciddi cəhdlər göstərməli olur. "Buç Kessidi və Sandens Kid" filmini izlədikdən sonra Qay özü-özlüyündə gələcəyinin film istehsalı ilə bağlı olacağına dair qəti qərara gəlir. Lakin o heç də kinoməktəblərinə baş çəkmək haqqında düşünmür. O belə hesab edir ki, diplomlu mütəxəssilərin işləri darıxdırıcı və baxılan olmur.
Karyerasına başlanğıc
redaktəQay Ritçi "Kart, pullar və iki lülə" (Lock, Stock and Two Smoking Barrels) adlı debüt filmindən sonra Britaniyada ən çox müzakirə edilən rejisora çevrilir. Bu kriminal komediyadakı hadisələr Londonun İst-End hissəsində baş verir. Filmin süjeti isə Kventin Tarantininun və Con Vunun filmlərini xatırladır.
Şəxsi həyatı
redaktəRitçi pop-şahzadə Madonnanın həyat yoldaşıdır. Cütlüyn 2000-ci ilin 11 avqustunda Los-Andcelsdə dünyaya gəlmiş Rokko adına oğulları var. "Rokko ilə nə qədər çox vaxt keçirirəmsə, məndə uşaqlar haqqıdna də filmlər yaratmaq marağı daha da artır" deyə Ritçi intervyularının birində bildirmişdir.
Filmləri
redaktəRejissor, Ssenarist
redaktə- Statik (Static) 2008
- Roknrolla (RocknRolla) 2008
- Şübhəli (Suspect) 2007
- Tapança (Revolver) 2005
- Ələ keçirilmişlər (Swept away) 2002.
- Ulduz (The Hire:Star) 2001
- Oğurluq (Snatch) 2000
- Kart, pullar və iki lülə (Lock, Stock and Two Barrels) 1998
- Çətin iş (The Har Case)
Prodüser
redaktə- Roknrolla
- Şübhəli
- Sızıltı (Mean machine) 2001
İstinadlar
redaktə- ↑ Guy Ritchie // filmportal.de. 2005.
- ↑ Guy Ritchie // Brockhauz Ensiklopediyası (alm.).