Qaspar Monj - Wikipedia
Qaspar Monj (fr. Gaspard Monge; 9 may 1746[1][2][…], Bon[d][7] – 28 iyul 1818[3][1][…], Paris[7]) — Fransa riyaziyyatçısı, mühəndis, ictimai xadim. O, 1780-ci ildə Paris Elmlər Akademiyası üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur.
Qaspar Monj | |
---|---|
Doğum tarixi | 9 may 1746[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 1818[3][1][…] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | differensial həndəsə[d] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQaspar Monj 9 may 1746-cı ildə Fransanın Bon kommunasında anadan olmuşdur. O, 1780-ci ildə Paris Elmlər Akademiyasına üzv olmuşdur. Monjun əsas əsərləri həndəsəyə aiddir. O, əşyanın qarşılıqlı iki perpendikulyar müstəviyə proyeksiyalanmasına əsasən fəza fiqurunun müstəvi üzərinə təsviri üçün ümumi üsul və xüsusi törəməli tənliyin həndəsi şərhini vermişdir. Monj səthin əyriliyi anlayışını elmə daxil etmişdir. O, riyazi analiz, kimya, optika, meteorologiya və praktiki mexaniki sahəsində də tədqiqat aparmışdır. Monj Fransa inqilabı dövründə ölçü və çəki sistemini müəyyənləşdirən komissiyanın üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur. O, Parisdə Ali Normal Məktəbin və Politexnik Məktəbin banilərindəndir. Restavrasiya dövründə onun bütün hüquqları əlindən alınmış, politexnik məktəbdən və Elmlər Akademiyasından xaric edilmişdir. Monj 28 iyul 1818-ci ildə, 72 yaşında Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.[8]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Gaspard Monge De Péluse // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-m.html.
- ↑ 1 2 https://www.bbaw.de/die-akademie/akademie-historische-aspekte/mitglieder-historisch/historisches-mitglied-gaspard-comte-de-peluse-monge-1869.
- ↑ 1 2 https://www.zinfos974.com/Le-franc-macon-du-jour-Gaspard-MONGE_a82431.html.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ Монж Гаспар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.
Əlavə ədəbiyyat
redaktə- An Elementary Treatise on Statics with a Biographical Notice of the Author (Biddle, Philadelphia, 1851).
- An elementary treatise on descriptive geometry, with a theory of shadows and of perspective (Weale, London, 1851).
- Géométrie descriptive. Leçons données aux Écoles normales, l'an 3 de la République; Par Gaspard Monge, de l'Institut national (Baudouin, Paris, 1798)
- Portrait of Gaspard Monge from the Lick Observatory Records Digital Archive, UC Santa Cruz Library's Digital Collections Arxivləşdirilib 2018-11-06 at the Wayback Machine
- Gaspard Monge (1789) "Mémoire sur quelques phenomenes de la vision." Annales de Chimie. Ser. 1, bk. 3 p. 131–147 – digital facsimile from the Linda Hall Library