Qasimlar - Wikipedia
Qasımlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Qasımlar | |
---|---|
40°08′ şm. e. 46°06′ ş. u.HGYO | |
Ölkə | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Tarixi
redaktəBu kəndin əvvəlki adı Kilisə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib.Kənd əhalisi Əfşarların Qasımlı qoluna mənsubdur.[2]
Yaylaqlar
redaktəBehbud bəyin Ağqayası yurd, Sudəyənqaya yurdu, Şahnəzər yurdu, Qonur yurd, Baxacaq yurd.
Bulaqlar
redaktəPir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq.
Məşhur yerlər
redaktəƏkinlər, Dikinyer, Kalafalı tala, Armudluq, Biçənəklər, Nəcəfölən, Gərdən, Motalyolu, Məşədi Şamil taxta qıran çüxur, Uzuntala, Cahanlıq, Bənövşəli güney, Qozludərə, Dəlikdaş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çayı, Qara qaya, Gicitkənli çüxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çüxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başıəvəlikli, Göy qumluq.[2]
Binələr-Qışlaqlar
redaktəSədrin binəsi.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.