Qardabani - Wikipedia
Qardabani[3][4], Qaratəpə[5], Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir.
Şəhər | |
Qardabani | |
---|---|
41°27′39″ şm. e. 45°05′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 300 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1300[2] |
Digər | |
gardabani.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı.[6] 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi.[7] Şəhərdə dəmiryolu stansiyası yerləşir.
İqtisadiyyatı
redaktəŞəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.[8] Stansiyanın üçüncü tüstü borusunun hündürlüyü 270 metrdir, bu göstəriciyə görə həmin boru Gürcüstanda ən hündür tikililərdən biri sayılır.
İstinadlar
redaktə- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ Georgian Post. 1805.
- ↑ Azərbaycan Respublikası: Atlas Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
- ↑ Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine və Siyasi xəritəsi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
- ↑ Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232.
- ↑ Гардабани // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 71.Orijinal mətn (az.)
ГАРДАБАНИ (1947 иләдәк Гарајазы) – Ҝүрҹ. ССР-дә шәһәр (1969 илдән), Гардабани р-нун мәркәзи. Д.ј. ст. Тикинти материаллары з-ду, трикотаж ф-ки, консерв комбинаты, картон-рубероид з-ду, ДРЕС, тибб мәркәзи вә с. вар.
- ↑ "Гардабани". БСЭ. 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.
- ↑ Conflict Potential Related to the Problems of Language and Education in Georgia’s Kvemo Kartli Province Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine prepared by the German Organization for Technical Cooperation, the Caucasus Institute of Peace, Democracy and Development with the participation of the Union of Intercultural Cooperation in Kvemo Kartli Province (Gardabani) and the Union of Azerbaijani Women of Georgia (Marneuli)