Qaraxanli Agcabedi - Wikipedia
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Qaraxanlı | |
---|---|
40°04′29″ şm. e. 47°07′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəQaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır.
Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür.
1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır.[4]
Əhalisi
redaktəƏhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
İqtisadiyyatı
redaktəƏhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğul olur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı: 2007
Həmçinin bax
redaktə Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |