Qaraxanbeyli Naxcivan - Wikipedia
Qaraxanbəyli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndi Qaraçuq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraxanbəyli kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.[2]
Qaraxanbəyli | |
---|---|
39°11′17″ şm. e. 45°23′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəDüzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Tirənin başçısı XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini qarabağa köçürmüşdür.[3]
Tarixi
redaktəƏhalisi
redaktəƏhalisi 2637 nəfərdir.[4]
Görkəmli şəxsləri
redaktə- Mirəsgər Seyidov - Azərbaycanın Milli Qəhrəmanı
Elnur İsmayılov
İstinadlar
redaktə- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
- ↑ "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Naxçıvan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |