Qarasollar - Wikipedia
Qarasollar - Haqqında Məlumat
Qarasol (lat. Vimba) — balıq cinsi. Bədəni az hündürdür. Ağzı aşağıda və aypara şəklindədir. Udlaq dişləri bir sırada yerləşir, yanlardan basıqdır, sayı adətən 5-5-dir. D III 8 (9), A III (15) 16-22-dir. Anal üzgəci bel üzgəcinin qurtaracağındakı vertikaldan başlayır. Bel üzgəcinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Peysər ilə bel üzgəcinin başlanğıcı arasında pulcuqla örtülü olmayan şırım olur. Bel üzgəcinin qurtaracağı ilə quyruq üzgəcinin başlanğıcı arasında aydın görünən omurğa olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir (16-20 ədəd). Qara dənizdə, Baltik və Xəzər dənizlərinin hövzələrində yayılmış bir növü vardır. Bu növün Azərbaycanda xüsusi yarımnövü yayılmışdır.
Qarasollar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Qarasollar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Növləri
redaktəCinsə 4 növ daxildir[2]:
- Vimba elongata (Valenciennes, 1844)
- Vimba melanops (Heckel, 1837)
- Vimba mirabilis (Ladiges, 1960)
- Vimba vimba (Linnaeus, 1758) — Qarasol
- Xəzər qarasolu (Vimba vimba persa) yarımnövü
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ "FishBase: Список валидных видов рода Vimba". 2015-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
Ədəbiyyat
redaktə- Azərbaycan heyvanlar aləmi. III cild. Bakı: Elm, 2004, s.116.
- H.S.Abbasov, R.V.Hacıyev. İxtiologiya. Bakı: 2007, s.241.