Qaraqoyunlu Hokmdarlarinin Siyahisi - Wikipedia
Qaraqoyunlu hökmdarlarının siyahısı — Qaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur.[1] Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir.[2] Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyəti dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir.
Qaraqoyunlu hökmdarları | |
---|---|
Keçmiş monarxiya | |
Bayraq | |
Qara Yusif dövründə Qaraqoyunlular Teymurilər, Cəlairilər, Ağqoyunlular və Şirvanşahlar üzərində qələbə çalaraq keçmiş qüdrətlərini bərpa etdilər. | |
İlk hökmdar | Bayram xoca |
Son hökmdar | Həsənəli mirzə |
Rəsmi məkan | Təbriz |
İdarəetmə forması | Mütləq monarxiya |
Yaranması | 1375 |
Süqutu | 1469 |
İddiaçı | Yusif mirzə |
Qaraqoyunlular qüdrətli dövrlərində hazırkı Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, Rusiya və Gürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi məkanı əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur.[3]
Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca Həsənəlinin və Yusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.
Qaraqoyunlularda hökmdar
redaktəQaraqoyunlularda saray, divan, qoşun təşkilatı, ayrı-ayrı əyalətlərin və şəhərlərin idarə quruluşu Elxanilər dövründə mövcud olmuş siyasi strukturun inkişaf etmiş forması idi. Qaraqoyunlularda hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. Rəsmi sənədlərdən, fərmanlardan və zərb edilmiş sikkələrin oxunuşundan məlum olur ki, Qaraqoyunlu hökmdarları "sultan" və ya "padşah" titulu daşımışlar.[4] Vilayət hakimlərinin və divan üzvlərinin təyin edilməsi birbaşa hökmdarın əmri ilə həyata keçirilirdi. Hökmdarların verdikləri fərmanın və ya hökmün sərlövhəsində sultanın adı və ləqəbi, sonunda isə möhürləri vurulurdu. Qaraqoyunlu hökmdarı Cahan şahın 1458-cü ildə verdiyi bir hökmün sərlövhəsində "məğlubedilməz Cahan şah hökmümüz" sözləri yazılmış möhür vardı.[5]
Hökmdarların siyahısı
redaktə- — Qaraqoyunlu xanədanlığının əsasını qoyan hökmdarlar.
- — müstəqilliyini hərhansı bir vilayətdə elan edib, bütün ölkə ərazisində hökmdar deyil.
Quruluş və bəylik dövrü
redaktəTitul | Ad | Hakimiyyət illəri | Qeydlər |
---|---|---|---|
Bəy | Bayram xoca بیرم خواجہ |
1374–1378 |
|
Bəy | Qara Məhəmməd قرا محمد ترمش |
1378–1388 |
|
Bəy | Pir Həsən پير حسن |
1389–1391 |
|
Bəy | Qara Yusif قرا یوسف نوین بن محمد Əbu Nəsr ابو النصر |
1389–1405 |
|
Əmir Teymurun Qaraqoyunlu ərazilərini ələ keçirməsi(1400–1405) |
İmperiya dövrü
redaktəTitul | Ad | Hakimiyyət illəri | Qeydlər |
---|---|---|---|
Bəy padşah sultan |
Qara Yusif قرا یوسف نوین بن محمد Əbu Nəsr ابو النصر |
1405–1420 |
|
Bəy padşah sultan |
Pirbudaq پیر بوداق بن یوسف |
1410–1413 | |
Bəy padşah sultan |
Qara İsgəndər قرا اسکندر بن یوسف |
1420–1429 |
|
Bəy padşah sultan |
Əbu Səid ابوسعید |
1429–1431 | |
Bəy padşah sultan |
Qara İsgəndər قرا اسکندر بن یوسف |
1431–1436 |
|
Bəy padşah sultan |
Əmir İsfahan اسپند بن یوسف |
1421–1445 |
|
Bəy padşah sultan |
Cahan şah جہاں شاہ ابن یوسف |
1436–1467 |
|
Bəy padşah sultan |
Həsənəli حسن علی ابن جہاں شاہ |
1467–1468 |
|
Bəy padşah sultan |
Yusif mirzə میرزا یوسف |
1468–1469 |
|
Ağqoyunlular tərəfindən hakimiyyətlərinə son qoyuldu |
İstinadlar
redaktə- ↑ Neşri, 1987. səh. 821
- ↑ Fisher, Jackson və Lockhart, 1986. səh. 153
- ↑ Nəcəfli, 2000. səh. 39
- ↑ Nəcəfli, 2000. səh. 31
- ↑ Nəcəfli, 2000. səh. 32
- ↑ Sümer, 1992. səh. 40
- ↑ Nəcəfli, 2000. səh. 37
- ↑ Sümer, 1992. səh. 43
- ↑ Ebru, 1938. səh. 203-204
- ↑ 1 2 Fərzəlibəyli, 1995. səh. 6
- ↑ Nuriyeva, 2015. səh. 99
- ↑ Tovına, 1987. səh. 6 vd.
- ↑ Şamî, 1987. səh. 49-50
- ↑ Sümer, 1992. səh. 49-50
- ↑ 1 2 Nəcəfli, 2000. səh. 38
- ↑ Sümer, 1992. səh. 53
- ↑ 1 2 3 4 islamansiklopedisi.org.tr. "Karakoyunlular" (türk). Faruk Sümer. 2001. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
- ↑ 1 2 3 Nuriyeva, 2015. səh. 100
- ↑ Onullahi, 1982. səh. 62
- ↑ Fərzəlibəyli, 1995. səh. 5
- ↑ Sümer, 1992. səh. 59
- ↑ Sümer, 1992. səh. 60
- ↑ Rumlu, 2006. səh. 53-54
- ↑ Sümer, 1992. səh. 72-73
- ↑ 1 2 Nəcəfli, 2000. səh. 24
- ↑ Nəcəfli, 2000. səh. 25
- ↑ Nuriyeva, 2015. səh. 101
- ↑ Rumlu, 2006. səh. 122-128
- ↑ Aka, 2001. səh. 14-15
- ↑ Sümer, 1992. səh. 112
- ↑ Aka, 2001. səh. 15
- ↑ 1 2 3 Fərzəliyev, 1983. səh. 62
- ↑ Qızılbaşlar tarixi, 1993. səh. 10
- ↑ Rumlu, 2006. səh. 134
- ↑ Aka, 2001. səh. 17-18
- ↑ Rumlu, 2006. səh. 145-146
- ↑ Sümer, 1992. səh. 124
- ↑ Tihranî, 2001. səh. 68-69
- ↑ Sümer, 1992. səh. 125-126
- ↑ Rumlu, 2006. səh. 146
- ↑ 1 2 3 Sümer, 1992. səh. 127
- ↑ Rumlu, 2006. səh. 196
- ↑ Azərbaycan tarixi, 2007. səh. 74
- ↑ Aka, 1994. səh. 152
- ↑ Aka, 2001. səh. 22
- ↑ 1 2 Fərzəliyev, 1983. səh. 67
- ↑ Qızılbaşlar tarixi, 1993. səh. 16
- ↑ Sümer, 1992. səh. 83-84
- ↑ Sümer, 1992. səh. 123
- ↑ 1 2 3 Qızılbaşlar tarixi, 1993. səh. 10-11
- ↑ Azərbaycan tarixi, 2007. səh. 90
- ↑ İsgəndər bəy, 2010. səh. 68-69
- ↑ Nəcəfli, 2000. səh. 27
- ↑ Nəcəfli, 2000. səh. 40
- ↑ Azərbaycan tarixi, 2007. səh. 76
- ↑ Nəcəfli, 2000. səh. 28
- ↑ Qızılbaşlar tarixi, 1993. səh. 11
- ↑ Nuriyeva, 2015. səh. 103
- ↑ Tihranî, 2001. səh. 252-253
- ↑ Rumlu, 2006. səh. 435-442
- ↑ Aka, 2001. səh. 70-71
- ↑ 1 2 Fərzəliyev, 1983. səh. 70
- ↑ Fərzəlibəyli, 1995. səh. 18
- ↑ Fərzəlibəyli, 1995. səh. 27
- ↑ 1 2 Minorsky, 1955. səh. 17 (1): 50–73
- ↑ 1 2 3 Muhaddis, 1982. səh. 18
Ədəbiyyat
redaktə- Neşri, M. Kitâb-ı Cihan-Nümâ (F.R. Unat, M.A. Köymen, Nşr.) (türk). Ankara: TTK Yayınları. 1987.
- Nəcəfli, T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında (PDF) (az.). Bakı: Çaşıoğlu. 2000. səh. 198.
- Tovına, Metsobetsi'i's. History of Tamer(ane and His Successors, İng. tərc. R. Bedrosian) (ingilis). New York. 1987.
- Sümer, Faruk. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar), c.I, (3. baskı) (türk). Ankara. 1992.
- Ebru, Hafız-ı. Zeyl-i Camiü’t-Tevarih-i Reşidî (türk). Tahran: Han Baba Beyanî. 1938.
- Fərzəlibəyli, Şahin Fazil. Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər) (az.). Bakı: Azəbaycan Dövlət Nəşriyyatı. 1995.
- Metsobetsi'i's, Tovına. History of Tamer(ane and His Successors, İng. tərc. R. Bedrosian) (ingilis). New York. 1987.
- Şamî, Nizameddini. Zafername, çev. Necati Lugal (2.baskı) (türk). Ankara. 1987.
- Nuriyeva, İradə Tofiq qızı. Azəbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək) (PDF) (az.). Bakı: Mütərcim. 2015. səh. 336. ISBN 978-9952-28-202-3.
- Onullahi, Seyidağa. XIII-XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi) (PDF) (az.). Bakı: Elm. 1982.
- Rumlu, Hasan-ı. Ahsenü’t-Tevarih, çev. M. Öztürk (türk). Ankara. 2006.
- Aka, İsmail. İran’da Türkmen Hâkimiyeti (Kara Koyunlular Devri) (türk). Ankara. 2001.
- Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir (az.). Bakı: Azərbaycan. 1993. səh. 48.
- Tihranî, Ebu Bekr-i. Kitab-ı Diyarbekriyye, çev. Mürsel Öztürk (türk). Ankara. 2001.
- Aka, İsmail. Mirza Şahruh ve Zamanı (türk). Ankara. 1994.
- Fərzəliyev, Şahin. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə) (PDF) (az.). Bakı: Elm. 1983.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) (az.). Bakı: Elm. 2007. səh. 592+ 56. ISBN 978-9952-448-39-9.
- İsgəndər bəy, Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi) (PDF) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat. 2010. səh. 1144. ISBN 978-9952-34-620-6.
- Muhaddis, Mir Hashim. Tārīkh-i Qizilbāshān [History of Qizilbashes] (fars). Tehrān: Bihnām. 1982.
- Minorsky, V. "The Qara-Qoyunlu And The Qutb-Shahs". Bulletin of the School of Oriental and African Studies. 17 (1). 1955: 50–73. doi:10.1017/s0041977x00106342. ISSN 0041-977X.
- Fisher, William Bayne; Jackson, Peter; Lockhart, Lawrence. The Cambridge History of Iran (ingilis). 6. Cambridge: Cambridge University Press. 1986.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- anl.az. "Qaraqoyunluların 58 illik hakimiyyəti" (az.). 17 iyun 2013. İstifadə tarixi: 26 mart 2021.