Qaraqoyunlu Qemerli - Wikipedia
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Tarixi
redaktəGərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub.[1]
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir[2]. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3] qeyd edilir.
Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur[4].
Toponim qaraqoyunlu türk etnonimi[5][6][7] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir[8].
Əhalisi
redaktəKənddə 1831-ci ildə 236 nəfər, 1873-cü ildə 51 ailədə 199 kişi və 156 qadın olmaqla, toplam 355 nəfər "Tatar", yəni Azərbaycan Türkü yaşamışdır. Kənddə Məscid olub[9]., 1886-cı ildə 474 nəfər, 1897-ci ildə 456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914–cü ildə 475 nəfər, 1916-cı ildə 509 nəfər azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə Qaraqoyunlu-Türkmanlardan soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır[11]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953–cü illərdə azərbaycanlılar Azərbaycana köçürülərək tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.48
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, s.99
- ↑ [1][ölü keçid]
- ↑ Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993, s.52
- ↑ Seyidov M.Ə. Ağqoyunlu və qaraqoyunlu etnonimlərinin etimoloji araşdırılması. - Qobustan, № 3, 1979, s.64-66
- ↑ ASE, III c., s.55
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ Qafqaz Canişinliyi Baş İdarəsində Qafqaz Statistika Komitəsinin 1873-cü illərə aid bilgilər ərasında 1879-cu ildə yayınladığı kitab
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.48-49, 128-129
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.49, 129