Qaraqaya Dagi Babek - Wikipedia
Qaraqaya_dağı_(Babək) - Haqqında Məlumat
Qaraqaya dağı – Babək rayonu ərazisində dağ (hünd. 1438,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının cənub-qərbə yönəlmiş Sarıdağ tirəsində zirvə. Sirabçayın sağ sahilində, Sirab mineral su bulağından 2,3 km şimal-şərqdədir. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarından fay və fay-yerdəyişmə qırılmaları keçir.[1]
Qaraqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1438,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.