Qaramahmudlu - Wikipedia
Qaramahmudlu - Haqqında Məlumat
Qaramahmudlu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Qaramahmudlu | |
---|---|
40°08′33″ şm. e. 48°01′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəQaramahmudlu oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Digər keçmiş adı Baxşı burnudur. Yaşayış məntəqəsini qaramahmudlu nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır.[1] Rusiya imperiyasının yaşayış məntəqələrinin siyahısında kəndin adı Qışlaq-Baxşı kimi verilib. Həmçinin siyahıya əsasən qaramahmudlular əvvəllər köçəri həyat tərzi sürmüşlər[2].
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 489 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Списки населенных мест Российской империи. - СПб., 1861-1885. 2020-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629