Qarageorgi - Wikipedia
Georgi Petroviç Qarageorgi (serb. Ђорђе Петровић Карађорђе) və ya sadəcə Qarageorgi (serb. Карађорђе 3 (14) noyabr 1768 – 14 (26) iyul 1817[1]) — Osmanlı imperiyasına qarşı Birinci Serb üsyanının rəhbəri, Karageorgiyeviç sülaləsinin banisi.
Qarageorgi | |
---|---|
serb. Ђорђе Петровић Карађорђе | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (14) noyabr 1768 |
Vəfat tarixi | 14 (26) iyul 1817[1] (48 yaşında) |
Vəfat səbəbi | başın kəsilməsi |
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi lider[d], tacir, müqavimət döyüşçüsü[d], inqilabçı |
Uşaqları | 7 |
Dini | Serb Pravoslav Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Doğulanda George (serb. Ђорђе) adını aldı. Qarageorgi ("qara" - türk. kara) ləqəbini həm qara xarici görünüşünə, həm tez əsəbiləşdiyinə, həm də düşmənlərini qorxutduğuna görə almışdı.[2][3]
Həyatı
redaktəİlk illəri
redaktəKarageorginin əcdadı Şumadiyaya köçmüş Vasoeviç qəbiləsindən olan Monteneqrolu idi. Karageorgi Serbiyanın mərkəzi hissəsində (o zaman Osmanlı imperiyasının tərkibində olan, indiki Şumadiya rayonu) Visevac kəndində çox kasıb ailədə anadan olub.[4] Atasının adı Pyotr Yovanoviç, anası isə Mariya Zivkoviç idi.[5][6][7] Atası tez-tez iş yeri dəyişirdi. Həmçinin Georgi uşaqlıqdan varlı türklər və serblər üçün işləməyə məcbur olmuşdu.
Nikah və Avstriyaya qaçış
redaktə1785-ci ildə Karageorgi Yelena Yovanoviçlə evləndi. Baxmayaraq ki, qızın ailəsi varlı idi və övladlarını ona ərə vermək istəmədilər. Evləndikdən sonra gənc Serbiyada çox yaşamadı. Elə oldu ki, toydan əvvəl (yaxud az sonra) Georg həyat yoldaşına sataşan edən türkü öldürdü. O, Serbiyadan qaçmağa qərar verdi.[8]
Qaçış zamanı Karageorgi tarixçilər arasında böyük mübahisələrə səbəb olan bir hərəkət etdi. O, doğma atasını qətlə yetirdi.[9][10]
1796-cı ildə Serbiyaya qayıtdıqdan sonra Karageorgi törətdiyi qətli etiraf etdi. O, peşman olduğunu, xalqdan və keşişlərdən bağışlanma istədi.[9][11]
1787-1791-ci illər Avstriya-Osmanlı müharibəsində Karageorgi Serb Freikorpsunda sub-zabit rütbəsi ilə avstriyalıların tərəfində vuruşdu.[8][12] Belqrada uğursuz hücumda və Serbiyanın cənubundakı döyüşlərdə iştirak etdi. Burada o, gələcək üsyanda faydalı olan kifayət qədər hərbi təcrübə əldə etdi. 1791-ci ilin ortalarında sülh bağlandı. Karageorgi igidliyə görə medal aldı. Hayduk rütbəsinə yüksəldi, böyük bir hayduq ordusuna rəhbərlik etdi. 1794-cü ildə ordu ləğv edildi. Bir müddət Karageorgi ailəsi ilə birlikdə Topolda dinc həyat sürdü.[11][2]
Birinci Serb üsyanında iştirak
redaktəXVIII əsrin sonu - XIX əsrin əvvəllərində Dahilər - yeniçərilərin başçıları - Sultana qarşı üsyan edərək Belqrad paşalığıda hakimiyyəti ələ keçirdilər. Osmanlıların serb xalqına münasibəti daha da sərtləşdi. Yeniçərilər özbaşınalıq edirdilər. Onlara qarşı olan bütün etirazlar yatırıldı.[13]
Üsyanın səbəbi xalq başçılarının, zadəganların, keşişlərin, varlı tacirlərin və keçmiş üsyançıların edam edildiyi “Şahzadələr qırğını” (serb. Seça knezov) adlı hadisə idi. Sui-qəsdən son dəqiqələrdə xəbərdar olan Karageorgi, adamları ilə pusqu quraraq, onu öldürmək üçün göndərilən bütün qatilləri öldürərək ölümdən qaça bildi.
Edama cavab olaraq 1804-cü il fevralın 15-də serblər Oraşaca toplandılar və burada Qarageorgi üsyanın rəhbəri təyin olundu. Üsyançılar üsyan üçün hərəkətə başladılar. Əvvəlcə bu dahalardan yaxa qurtarmaq bəhanəsi ilə edildi.[3] Lakin 1805-ci ildə İvankovac döyüşündən sonra üsyançılar Osmanlı sultanının hakimiyyətinə son qoymaq üçün açıq döyüşə başladılar. Həmin ilin martında Qarageorgi rəsmi olaraq Serbiyanın hərbi lideri, özünü rəhbər elan edən hərbi komandan təyin olundu. O, Yepiskop Anfim (Zepoviç) tərəfindən məsh edildi. Qarageorgi şəxsən xalqla danışdı, digər liderlərlə qiyamın planını müzakirə etdi. Ciddi, ardıcıl, birbaşa və heç bir güzəştə getmədən məqsədə gedərək xalq və digər liderlər arasında nüfuz qazandı.
Qarageorgi israr etdi ki, Dahalar Belqradı tərk etsinlər. Buna nail olaraq Serbiyanın azad edilmiş bölgələrində feodalizmi ləğv etdi. Öz hərbi idarəsini və bu sahədə rəhbərləri təyin etdi. Dahalar tutularaq edam edildi. Osmanlı hökuməti Dahalara qarşı üsyanı alqışladı və Belqradda yeni paşa təyin etməyə qərar verdi.[14]
Lakin azadlığın bəhrəsini dadmış Qarageorgi və serblər yeni paşanı azad edilmiş ərazilərə buraxmadılar. 1805-ci ildə İvankovac döyüşündə Osmanlı ordusunu məğlub etdilər. Bu döyüş hadisələrin gedişinin əsasını qoydu. Bundan sonra üsyan Dahalar terroruna qarşı üsyan olmaqdan çıxdı və Osmanlı imperiyasına qarşı azadlıq savaşına çevrildi. Üsyançılar bir neçə qələbə qazandılar. 1806-cı ildə Mişar, Deliqrad, Belqrad, 1807-ci ildə Şabac və Ujits yaxınlığındakı döyüşlərdə Osmanlı qüvvələri məğlub edildi. 1806-cı ildə üsyankar serblərin nümayəndəsi Pyotr İçko Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərildi. Orada o, üsyançılar üçün əlverişli İçkov sülh müqaviləsi ni bağlaya bildi. Lakin Qarageorgi Osmanlı imperiyasına qarşı müharibəyə girən Rusiya ilə dostluq lehinə bu müqavilədən imtina etməyə üstünlük verdi.[15] [14]
Üsyandan sonra
redaktə1812-ci ildə Napoleon Bonapartla müharibəyə girən Rusiya imperiyası tezliklə Osmanlı imperiyası ilə sülh bağladı. 1813-cü ildə Osmanlı imperiyası serblərin Morava və Drina üzərindəki torpaqlarına daxil oldu. Qarageorgi digər üsyançı liderlərlə birlikdə 21 sentyabr 1813-cü ildə Avstriya imperiyasına qaçdı.
Bir müddət sonra Qarageorgi Bessarabiyaya köçür.[16] Burada o, yunanları, serbləri və bolqarları Osmanlı hökmranlığından azad etmək və birləşmək istəyən gizli yunan cəmiyyətinin "Filiki Eteria" (Φιλική Εταιρεία) üzvləri ilə tanış olur. Qarageorgi Olimpios və Leventis tərəfindən Etheriaya üzv qəbul olundu. Ona təklif olundu ki o, Yunanıstanla eyni vaxtda yeni bir Serb üsyanına başlamağa hazırlıq görsün.[17]
1817-ci ildə Qarageorgi üsyan hazırlamaq üçün gizli şəkildə Serbiyaya gəldi. O, Miloş Obrenoviçlə birgə fəaliyyətlə bağlı razılığa gəldi.[18] 1817-ci il iyulun 13-dən 14-nə keçən gecə Smederev bölgəsində olan Radovan kəndi yaxınlığında hakimiyyəti bölüşmək istəməyən Miloş Obrenoviçin adamları tərəfindən Qarageorgi qətlə yetirildi.[19] Bu hadisədən sonra Qarageorgiyeviç və Obrenoviç sülalələri arasında 100 ildən çox davam edən hakimiyyət uğrunda mübarizə başladı.
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119236710 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Rehm, 1992. səh. 392
- ↑ 1 2 Pavlowitch, 2002. səh. 29
- ↑ Johnson, 2014. səh. 158
- ↑ Petrovich, 1976. səh. 30
- ↑ Berend, 2003. səh. 123
- ↑ Anscombe, 2014. səh. 163
- ↑ 1 2 Jelavich, Jelavich, 2000. səh. 29
- ↑ 1 2 Petrovich, 1976. səh. 49
- ↑ Broers, 2010. səh. 177–178
- ↑ 1 2 Wilson, 1970. səh. 38
- ↑ Judah, 2000. səh. 50
- ↑ Jelavich, Jelavich, 2000. səh. 27–28
- ↑ 1 2 Singleton, 1985. səh. 79
- ↑ Glenny, 2012. səh. 11
- ↑ Petrovich, 1976. səh. 110
- ↑ Jelavich, Jelavich, 2000. səh. 37
- ↑ Singleton, 1985. səh. 86
- ↑ Jovanović, 1989. səh. 70–72
Ədəbiyyat
redaktə- Anscombe, Frederick F. State, Faith, and Nation in Ottoman and Post-Ottoman Lands. Cambridge, England: Cambridge University Press. 2014. ISBN 978-1-10704-216-2.
- Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Ithaca, New York: Cornell University Press. 1984. ISBN 978-0-8014-9493-2.
- Banac, Ivo. The Muslims of Bosnia-Herzegovina: From Religious Community to Statehood, 1919–1992 // Pinson, Mark (redaktor). The Muslims of Bosnia-Herzegovina: Their Historic Development from the Middle Ages to the Dissolution of Yugoslavia. Cambridge, Massachusetts: Harvard University Press. 1996. 129–154. ISBN 978-0-932885-12-8.
- Barlovac, Bojana. "Mufti Probes Old Serbian Crimes Against Muslims". 11 May 2011. İstifadə tarixi: 14 October 2017.
- Berend, Tibor Iván. History Derailed: Central and Eastern Europe in the Long Nineteenth Century. Los Angeles, California: University of California Press. 2003. ISBN 978-0-52023-299-0.
- Broers, Michael. Napoleon's Other War: Bandits, Rebels and Their Pursuers in the Age of Revolution. Oxford, England: Peter Lang. 2010. ISBN 978-1-906165-11-6.
- Calic, Marie-Janine. The Great Cauldron: A History of Southeastern Europe. Cambridge, Massachusetts: Harvard University Press. 2019. ISBN 978-0-67498-392-2.
- Castellan, Georges. History of the Balkans: From Mohammed the Conqueror to Stalin. Boulder, Colorado: East European Monographs. 1992. ISBN 978-0-88033-222-4.
- Djilas, Milovan. Njegoš: Poet, Prince, Bishop. Translated by Michael B. Petrovich. New York: Harcourt, Brace & World. 1966. OCLC 263622545.
- Esdaile, Charles J. Napoleon's Wars: An International History, 1803–1815. London, England: Allen Lane. 2007. ISBN 978-0-14311-628-8.
- Fotić, Aleksandar. Karađorđe // Ágoston, Gábor; Masters, Bruce Alan (redaktorlar ). Encyclopedia of the Ottoman Empire. New York: Infobase Publishing. 2009. ISBN 978-0-8160-6259-1.
- Glenny, Misha. The Balkans: 1804–2012. London, England: Granta Books. 2012. ISBN 978-1-77089-273-6.
- Goldsworthy, Vesna. Inventing Ruritania: The Imperialism of the Imagination. New Haven, Connecticut: Yale University Press. 1998. ISBN 978-0-30007-312-6.
- Gyõre, Zoltán. Karađorđe Among the Hungarians: Hungarian and Serb Theatre Collaboration in the Early 19th Century // Pan-Montojo, Juan; Pedersen, Frederik (redaktorlar ). Communities in European History: Representations, Jurisdictions, Conflicts. Pisa, Italy: Pisa University Press. 2007. 65–84. ISBN 978-8-88492-462-9.
- Hall, Brian. Impossible Country: A Journey Through the Last Days of Yugoslavia. New York: Penguin. 1995. ISBN 978-0-14-024923-1.
- Jelavich, Charles; Jelavich, Barbara. The Establishment of the Balkan National States, 1804–1920. 8 (4th). Seattle, Washington: University of Washington Press. 2000. ISBN 978-0-29580-360-9.
- Johnson, Michael D. Karađorde Petrović // Hall, Richard C. (redaktor). War in the Balkans: An Encyclopedic History from the Fall of the Ottoman Empire to the Breakup of Yugoslavia. Santa Barbara, California: ABC-CLIO. 2014. 159–160. ISBN 978-1-61069-031-7.
- Jovanović, Miodrag. Oplenac: Hram svetog Đorđa i mauzolej Karađorđevića [Oplenac: The Cathedral of Saint George and the Karađorđević Mausoleum] (serb-xorvat). Belgrade, Yugoslavia: Centar za kulturu "Dusan Petrovic Sane". 1989. ISBN 978-8-67213-009-6.
- Judah, Tim. The Serbs: History, Myth and the Destruction of Yugoslavia (2nd). New Haven, Connecticut: Yale University Press. 2000 [1997]. ISBN 978-0-300-08507-5.
- Knežević, Jovana. The Transformation of the Serbian National Capital Through War and Occupation // Wouters, Nico; van Ypersele, Laurence (redaktorlar ). Nations, Identities and the First World War: Shifting Loyalties to the Fatherland. New York City: Bloomsbury. 2018. 277–296. ISBN 978-1-35003-644-4.
- Lampe, John R. Yugoslavia as History: Twice There Was a Country (2nd). Cambridge, England: Cambridge University Press. 2000 [1996]. ISBN 978-0-521-77401-7.
- Lebel, G'eni. Until the Final Solution: The Jews in Belgrade 1521–1942. New Haven, Connecticut: Avotaynu. 2007. ISBN 978-1-88622-333-2.
- Mackenzie, David. Violent Solutions: Revolutions, Nationalism, and Secret Societies in Europe to 1918. Lanham, Maryland: University Press of America. 1996a. ISBN 978-0-76180-399-7.
- Mackenzie, David. "The Serbian Warrior Myth and Serbia's Liberation, 1804–1815" (PDF). Journal of the North American Society for Serbian Studies. Bloomington, Indiana: Slavica Publishers. 10 (2). 1996b: 133–149. ISSN 0742-3330. 10 August 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 August 2017.
- Malcolm, Noel. Kosovo: A Short History. London, England: Pan Macmillan. 1998. ISBN 978-0-333-66613-5.
- Martinsen, Deborah A. Surprised by Shame: Dostoevsky's Liars and Narrative Exposure. Columbus, Ohio: Ohio State University Press. 2003. ISBN 978-0-81420-921-9.
- Morrison, Kenneth. Montenegro: A Modern History. New York: I.B. Tauris. 2008. ISBN 978-1-84511-710-8.
- Ninić, Ivan. Migrations in Balkan History. Belgrade, Yugoslavia: Serbian Academy of Sciences and Arts. 1989. ISBN 978-8-67179-006-2.
- Norris, David A. Belgrade: A Cultural History. Oxford, England: Oxford University Press. 2008. ISBN 978-0-19-970452-1.
- Palmer, Alan Warwick. The Lands Between: A History of East-Central Europe Since the Congress of Vienna. London, England: Weidenfeld & Nicolson. 1970. ISBN 978-0-02594-620-0.
- Pavlowitch, Stevan K. Serbia: The History of an Idea. New York: New York University Press. 2002. ISBN 978-0-8147-6708-5.
- Petrovich, Michael Boro. A History of Modern Serbia, 1804–1918. 2. New York: Harcourt Brace Jovanovich. 1976. ISBN 978-0-15140-950-1.
- Rehm, Brendon A. Karageorge // Dupuy, Trevor Nevitt; Johnson, Curt; Bongard, David L. (redaktorlar ). The Harper Encyclopedia of Military Biography. New York: Harper Collins. 1992. səh. 392. ISBN 978-0-78580-437-6.
- Reinhartz, Dennis. The Genocide of the Yugoslav Gypsies // Kenrick, Donald (redaktor). The Last Chapter. Hertfordshire, England: University of Hertfordshire Press. 2006. 87–96. ISBN 978-1-90280-649-5.
- Ristović, Milan. The Jews of Serbia (1804–1918): From Princely Protection to Formal Emancipation // Catalan, Tullia; Dogo, Marco (redaktorlar ). The Jews and the Nation-States of Southeastern Europe from the 19th Century to the Great Depression: Combining Viewpoints on a Controversial Story. Cambridge Scholars Publishing. 2016. 23–50. ISBN 978-1-4438-9662-7.
- Roberts, Elizabeth. Realm of the Black Mountain: A History of Montenegro. Ithaca, New York: Cornell University Press. 2007. ISBN 978-0-80144-601-6.
- Šarić, Liljana. Collective Memory and Media Genres: Serbian Statehood Day 2002–2010 // Šarić, Liljana; Gammelgaard, Karen; Hauge, Kjetil Rå (redaktorlar ). Transforming National Holidays: Identity Discourse in the West and South Slavic Countries, 1985–2010. Philadelphia, Pennsylvania: John Benjamins Publishing Company. 2012. 35–56. ISBN 978-9-02720-638-1.
- Segesten, Anamaria Dutceac. Myth, Identity and Conflict: A Comparative Analysis of Romanian and Serbian Textbooks. Lanham, Maryland: Lexington Books. 2011. ISBN 978-0-7391-4867-9.
- Shaw, Joseph Thomas. Pushkin's Poetics of the Unexpected: The Non-Rhymed Lines in the Rhymed Poetry and the Rhymed Lines in the Non-Rhymed Poetry. Bloomington, Indiana: Slavica Publishers. 1993. ISBN 978-0-89357-245-7.
- Singleton, Frederick Bernard. A Short History of the Yugoslav Peoples. New York: Cambridge University Press. 1985. ISBN 978-0-521-27485-2.
- Skrivanić, Gavro. The Armed Forces in Karadjordje's Serbia // Vucinich, Wayne S. (redaktor). The First Serbian Uprising, 1804–1813. War and Society in East Central Europe. New York: Columbia University Press. 1982. 303–340. ISBN 978-0-930888-15-2.
- Sperber, Jonathan. Revolutionary Europe: 1780–1850. London, England: Taylor & Francis. 2017. ISBN 978-1-35180-745-6.
- Stojančević, Vladimir. Karadjordje and Serbia in His Time // Vucinich, Wayne S. (redaktor). The First Serbian Uprising, 1804–1813. War and Society in East Central Europe. New York: Columbia University Press. 1982. 23–40. ISBN 978-0-930888-15-2.
- Todić, Katarina. In the Name of Father and Son: Remembering the First World War in Serbia // Bürgschwenter, Joachim; Egger, Matthias; Barth-Scalmani, Gunda (redaktorlar ). Other Fronts, Other Wars? First World War Studies on the Eve of the Centennial. Leiden, Netherlands: BRILL. 2014. 437–463. ISBN 978-90-04-27951-3.
- Turhan, Fatma Sel. The Ottoman Empire and the Bosnian Uprising: Janissaries, Modernisation and Rebellion in the Nineteenth Century. New York: I. B. Tauris. 2014. ISBN 978-0-85773-676-5.
- Vovchenko, Denis. Containing Balkan Nationalism: Imperial Russia and Ottoman Christians, 1856–1914. Oxford, England: Oxford University Press. 2016. ISBN 978-0-19027-668-3.
- Vucinich, Wayne S. The Serbian Insurgents and the Russo-Turkish War of 1809–1812 // Vucinich, Wayne S. (redaktor). The First Serbian Uprising, 1804–1813. War and Society in East Central Europe. New York: Columbia University Press. 1982. 141–194. ISBN 978-0-930888-15-2.
- Wachtel, Andrew Baruch. Making a Nation, Breaking a Nation: Literature and Cultural Politics in Yugoslavia. Stanford, California: Stanford University Press. 1998. ISBN 978-0-80473-181-2.
- Wilson, Duncan. The Life and Times of Vuk Stefanović Karadžić, 1787–1864: Literacy, Literature and National Independence in Serbia. Oxford, England: Oxford University Press. 1970. ISBN 978-0-19-821480-9.
- Živančević-Sekeruš, Ivana. Banknote Imagery of Serbia // Zimmermann, Tanja (redaktor). Balkan Memories: Media Constructions of National and Transnational History. Bielefeld, Germany: transcript Verlag. 2014. 41–48. ISBN 978-3-83941-712-6.