Qaradeniz Kilkesi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qaradəniz kilkəsi[2] (lat. Clupeonella cultriventris) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsi iki yarımnövə bölünürdü:Xəzər kilkəsi (Clupeonella caspia) və Carqalen kilkəsi (Clupeonella tscharhalensis)[3][4].
Qaradəniz kilkəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Cins: ???: Qaradəniz kilkəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təsviri
redaktəBədəninin uzunluğu 15 sm, çəkisi isə 22 q təşkil edir. Bədəni güclü şəkildə yanlardan sıxılmışdır. Kilkənin yanları boyunca 24–19 (ortalama 27) cərgə pulcuq olur. Başı uzun və enlidir. Bel üzgəcində 14–17 (ortalama 15), anal üzgəcində 17–21 (ortalama 18) şüa olur. Fəqərələrinin sayı 41–43 (ortalama 42), quyruqda 23–26 (ortalama 25) olur. Rəngi boz-yaşıldan, mavi-yaşıla qədər olan çalarlarda olur.
Bologiyası
redaktəKilkələr əsasən 5 sm uzunluğa malik olurlar. 4–5 il yaşama sürmələri məlumdur. Əsasən sürü halında yaşayırlar. Zooplanktonlarla qidalanırlar. Azov dənizində aprel-avqust ayları Taqanroq körfəzimə keçərək kürüləyirlər. Bundan əlavə onlar Qara dənizin Dunay və Dnepr çayılarında kürüləyirlər. Dişi 2,3–2,8 min kürü tökür. Kürüləmə 4–5° — 24° С-də və 0–10‰ duzluğa malik sularda baş verir. Şirin sularda yaşaya bilir. Erklər ortalama 8 sm, dişilər isə 9 sm uzunluğa sahib olur. Əsasən Şaxəbığcıqlı xərçəngkimilərlə qidalanır. Onlarlada öz növbəsində Siyənək, Qılıncbalıq, Nərə və Scophthalmus maeoticus kimi balılqların yemini təşkil edirlər.
Azov dənizində kürüləmə dönəmi şirin sulara girirlər. Qışda isə dənizin sahildən kənar, sakit sularında olurlar. Mart-aprel aylarında Taqanroq körfəzinə miqrasiyası müşahidə edilir.
Əhəmiyyəti
redaktəSənaye əhəmiyyətli balıqdır. Azov dənizində XX əsrin 30-cu illərdən başlanıəlmışdır. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi Qaradəniz kilkəsini Mühafizə statusu olan növ olaraq qiymətləndirmişdir[5].
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ "Позвоночные животные России: черноморско-каспийская тюлька". 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.
- ↑ "Clupeonella tscharchalensis". The IUCN Red List of Threatened Species (ingilis).
- ↑ "Clupeonella caspia ". The IUCN Red List of Threatened Species (ingilis).
- ↑ "Clupeonella cultriventris". The IUCN Red List of Threatened Species (ingilis).