Qaraburun Dagi - Wikipedia
Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir. [1]
Qaraburun dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 945,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.