Qaraboyun Maygulu - Wikipedia
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Qaraboyun maygülü | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qaraboyun maygülü |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəQışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur.
Statusu
redaktəÇoxsaylıdır.
Yayılması
redaktəAvropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb. Azərbaycanda aran və dağ ərazilərinin su hövzələrində və Xəzər dənizinin sahil sularında yayılıb.
Növdaxili müxtəliflik
redaktəPolitipik növdür. Dünyada 3 yarımnövü vardır. Azərbaycan faunasına daxildir.
Yaşayış yeri və həyat tərzi
redaktəSu hövzələrinin açıq su sahələri və sahildəki qamışlıqlar yaşayış yerləridir. Oturaq həyat tərzi keçirir. Koloniya halında yuvalayır. Cüt və sürü halında yaşayır. Gündüz fəal olur.
Qida spektri
redaktəZoofaqdır. Yemini əsasən böcəklər, nadir hallarda isə su bitkilərinin toxumları təşkil edir.
Təbii düşmənləri
redaktəBataqlıq belibağlısı və boz qarğa qaraboyun maygülünun yumurtalarını və balalarını yeyir.
Cinsi statusu və çoxalma
redaktəMonoqamdır. Cütlər əmələ gətirir, cinsi oyunlar edir, yuva qurur, yumurta qoyur.
Növün fenologiyası
redaktəAprel ayında cütlər əmələ gətirir, cinsi oyunlar, səsləmələr edir, yuva tikir və yumurtlayır. İyunun ortalarında yumurtalardan balaların çıxışı müşahidə olunur. İyul-avqustda balaları pərvazlanır. Qış görkəminə girmək üçün lələkdəyişməsi iyunda başlayır, iyuldan intensiv gedir. Yay görkəminə girmək üçün lələkdəyişmə martda başlayır, apreldə başa çatır.
Ontogenezi
redaktəOrta ömrün uzunluğu məlum deyil. Ömrünün 2-ci ilində cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, cavan (yuvinal) və yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə maturonatla immaturonat arasında aralıq mövqe tutur.
Reproduktivliyi
redaktəİldə bir dəfə 2-4 yumurta verir. Adətən 1-2 balası pərvazlanır.
Xromosom göstəriciləri
redaktəMəlum deyil.
Biosenozda rolu
redaktəHidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində və enerji çevrilməsində iştirak edir.
Sayı
redaktəQışda Xəzərin Azerbaycan hissəsinin sahil sularında, Lənkəran, Kür-Araz və Samur-Dəvəçi ovalığına nisbətən çoxsaylı olur. 2005-ci ilin yanvarında Xəzər dənizinin sahil sularında sayı 2404 fərd olub. Bataqlıqların qurudulması, su hövzələrinin çirkləndirilməsi limit faktorlarıdır.
İnsan həyatında rolu
redaktəElmi və estetik əhəmiyyəti var.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəQızılağac Dövlət Təbiət Qoruğu|Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət Yasaqlıqlarında qorunur. Ramsar və Bern konvensiyalarına daxil edilmişdir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur. Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət Yasaqlıqlarında qorunur. Muzeylərdə (kolleksiya) nümayiş etdirilir, populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.
Növün qeydiyyat göstəriciləri
redaktəElmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə, dərsliklərdə, elm və ədəbiyyatlarda, plakatlarda kolleksiyası nümayiş etdirilir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3