Qarabaqqal - Wikipedia
Qarabaqqal — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kənd inzibati ərazi dairəsində kənd.[1]
Qarabaqqal | |
---|---|
40°37′44″ şm. e. 47°46′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 97 m |
Saat qurşağı | |
Tarixi
redaktəToponimikası
redaktəGöyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi az bir hissəsi Qarabağ xanlığından köçüb gəlmişdir. Bir hissəsi Qəbələ sultanlığından əsas kənd Əhalisi qədimdə Monqolların tərkibində gəlmiş Qaraman tayfasındandırlar.Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2623 nəfər əhali yaşayır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Şirvan düzünün şimal-cənub hissəsində yerləşir. Kəndin yaxınlığından Yuxarı Şirvan kanalı keçir. Yayı isti olur, orta temperatur iyul-avqust aylarında 40-43 dərəcəyə yüksəlir. Qışı mülayim keçir. Kəndin əkinə yararlı torpaqları qismən şoranlaşmaya məruz qalmışdır. Kəndin yaxınlığında faydalı qazıntılardan gil mövcuddur. Bakı-Şamaxı-Yevlax avtomobil yolu kəndin ərazisindən keçir.
İqtisadiyyatı
redaktəQarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Kənd əhalisinin əsas məşğuliyyəti bağçılıq (nar), taxılçılıq, tərəvəzçilikdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |