Qarabas Velemirqusu - Wikipedia
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.
Qarabaş vələmirquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qarabaş vələmirquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Haqqında
redaktəErkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır. Kolluqlarda və seyrək ağaclı açıq yerlərdə məskunlaşır. Apreldə uçub gəlir, sentyabrda köçür. Yuvası xırda kollarda, nadir hallarda yerdə olur. Mayda və İyunda 4-5 göyümtül – ağ, qonur xallı yumurta qoyur. Gec qoyumlar itirilmiş yumurtaları əvəz edir. Toxumlar və həşəratlarla qidalanır, cücələrini başlıca olaraq cücələrlə yemləyir. Vələmirquşları düzənliklərdə alp çəmənliklərində əlverişli biotoplarda yaşayırlar. Bu zaman tarla vələmirquşu bəzən ümümiyyətlə kolluqsuz tarla və çəmənlərə üstünlük verir, qamışlıq vələmirquşu çayların və göllərin kənarlarında məskunlaşır, qarabaş isəayrı-ayrı kol və ya ağac olan yerləri sevir. İldə 2 dəfə yumurta qoyurlar.[3]
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Семейство овсянковые (Emberizidae)". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.