Qarabag Atli Alayi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qarabağ atlı alayı — Çar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu.
Qarabağ atlı alayı | |
---|---|
Növü | Atlı polk |
Yaranma tarixi | may 1822 |
Ölkə | Rusiya imperiyası |
Daxildir | Qafqaz korpusu |
Qərargah | Ağcabədi |
Müharibələr | Rus-Osmanlı müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri | Gülməmməd bəy Rüstəmbəyov, Cəfərqulu xan Cavanşir |
Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi.
Alayın döyüş tarixi
redaktə1826-cı il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Bu dəstənin içində Qarabağ və Şirvan atlıları da var idi. Bu qoşun Meşkin qəzasında olduğu zaman Meşkin qəzasının hakimi şahsevənli Əta xan, Şeqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları və qaraqoyunlu Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Madatovun yanına gələrək rus himayəsi altma alınmalarını xahiş etdilər. Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı və sonra Arazı keçərək Qarabağa qayıtdı.[1]
Qarabağ atlı alayının quruluşu
redaktə1829-cu ildə:
- 1-ci yüzlük
- Sultan: Fərəculla bəy Uğurlubəyov
- Naib: Cəfər bəy Hacıbəyov
- Vəkillər: Bəndəli bəy Kərim bəy oğlu, Hüseyn bəy Köçərlinski
- Kolanı mahalından-30 nəfər, Dizaq mahalından-50 nəfər, Zərgər-Dilağarda camaatından-20 nəfər.
- 2-ci yüzlük
- Sultan: Əli ağa Adıgözəlov
- Naib: Salah bəy Mirzə Məhəmmədqulu bəy oğlu (Salah bəy Salahbəyov)
- Vəkillər: Mehrəlii ağa Məhəmməd ağa oğlu, Həşim bəy Teymurxan bəy oğlu (Həşim bəy Teymurxanov)
- İyirmidörd mahalından −50 nəfər, Otuziki mahalından-50 nəfər.
- 3-cü yüzlük
- Sultan: Sadıq bəy Cavanşir
- Naib: Camalxan bəy Hüseynbəyov
- Vəkillər: Fərhad bəy Məlik-Aslanov, Behbud bəy İsmayıl bəy oğlu
- Zəngəzur mahalından 100 nəfər.
- 4-cü yüzlük
- Sultan:Adıgözəl bəy Təklə
- Naib: praporşik Ağa bəy Rüstəmbəyov
- Vəkillər: Həsənqulu bəy Sultanov, Atakişi bəy Sultanov
- Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizaq mahalından −30 nəfər, Dəmirçihəsənli mahalından −40 nəfər.
- 5-ci yüzlük
- Sultan: podporuçik Manas bəy Bəylərov
- Naib: Hüseyn bəy Pirimov
- Vəkillər:Bəylər bəy Bəylərov, Rüstəm bəy Şahnəzərov
- Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından 30 nəfər, Çiləbörd mahalından-20 nəfər, Talış mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.
1831-ci ildə:
- 1-ci yüzlük
- Sultan: Rüstəm bəy Rüstəmbəyov
- Naib: Ağa bəy Rüstəmbəyov
- Vəkillər: İskəndər bəy Qasım bəy oğlu, Əhməd bəy Şirin bəy oğlu
- Kolanı mahalından-30 nəfər, Dizaq mahalından-50 nəfər, Sərgər-Dilağarda camaatından-20 nəfər.
- 2-ci yüzlük
- Sultan: Əli ağa Adıgözəlov
- Naib: Salah bəy Məhəmmədqulu bəy oğlu
- Vəkillər: Mehdi ağa Məhəmməd ağa oğlu, Mərdan bəy Behbud bəy oğlu
- İyirmidörd mahalından −50 nəfər, Otuziki mahalından-50 nəfər.
- 3-cü yüzlük
- Sultan: Cəfər bəy
- Naib: Hüseyn bəy Sarıcalı
- Vəkillər: Məmmədsəlim bəy Əlimərdan bəy oğlu, Hümbətəli bəy
- Zəngəzur mahalından 100 nəfər.
- 4-cü yüzlük
- Sultan:Əli bəy Mirzəli bəy oğlu
- Naib: praporşik Camalxan bəy Hüseynbəyov
- Vəkillər: Mehdi bəy Kəbirlinski, Abdulla bəy
- Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizaq mahalından −30 nəfər, Dəmirçihəsənli mahalından −40 nəfər.
- 5-ci yüzlük
- Sultan: praporşik Mikayıl bəy Əsribəyov
- Naib: Rüstəm bəy Şahnəzərov
- Vəkillər: İsay bəy, carçı Bala bəy
- Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından 30 nəfər, Çiləbörd mahalından-20 nəfər, Talış mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.
- 1831-ci ildə 1-ci yüzlüyün süvariləri.
- Cavanşir-Dizaq mahalının Dilağarda obasından:
- Murad yüzbaşı İmamalı yüzbaşı oğlu
- Əmirxan yüzbaşı Novruzxan oğlu
- Şərəfxan Şıxəli oğlu
- Məhərrəm Sərdar oğlu
- Tapdıq Möhbalı oğlu
- Əlisəfi Məmmədtağı oğlu
- Əcəbxan Atlıxan oğlu
- Atakişi Allahyar oğlu
- Gülməmməd Əli oğlu
- Bayram Alı oğlu
- Mirzəmurad Behbudalı oğlu
- Cəfərqulu Fətəli oğlu
- Zeynalabdin Həsən oğlu
- Mirqasım Gülqasım oğlu
- Abbasəli Əliqasım oğlu
- Bədəl Aslanəli oğlu
- 2-ci yüzlüyün süvariləri.
- İyirmidörd mahalının Qaradağlı kəndindən:
- Molla Qasım İsmayıl oğlu
- Qurban Əli oğlu
- İyirmidörd mahalının Borsunlu kəndindən:
- Namaz Sultanməmməd oğlu
- Həsən Hacı oğlu
- İyirmidörd mahalının Qarahacı kəndindən:
- Nağdalı Kərim oğlu
- İyirmidörd mahalının Sarıcalı kəndindən:
- Cəfər Qurban oğlu
1831-ci ildə ştabs-kapitan və kavaler Gülməmməd bəyin bir əmrində göstərilir ki, 3-cü yüzlükdə Qaraçorlu mahalının Təhməzli obasından Ağa Şirin Rəhim bəy oğlu, Kosalar obasından Gülmalı Mirzə oğlu, Zabuqlu kəndindən Qasım Rza oğlu, Püsyan mahalının Zodmanlı obasından yükdaşıyan Ağayar Allahverdi oğlu, Sisyan mahalının Qarakilsə kəndindən Gevorq Kəhriz oğlu xidmətdədirlər.
İstinadlar
redaktə- ↑ General Yermolovun çara yazdığı 1827-ci il 12, 20 və 26 yanvar tarixli raportlar (AKAK, c. VI, h. II, sənəd 703–705, səh. 387–389
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qarabağ atlı alayı, "Soy" dərgisi, 7 (38), 2010. səh.33–42.