Qaracayevsk - Wikipedia
Qaraçayevsk (abq. Карачаевск, Къарча къала, kab.-çərk. Карачаевск[2][3]qaraç.-balk. Къарачай шахар, noq. Карачаевск) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasında respublika tabeli şəhər. Qaraçay rayonunun inzibati mərkəzi (rayon ərazisinə daxil deyildir).
Qaraçayevsk | |
---|---|
abq. Карачаевск, Къарча къала[1], kab.-çərk. Карачаевск[2][3], qaraç.-balk. Къарачай шахар[4], noq. Карачаевск[5] | |
43°46′20″ şm. e. 41°54′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1927 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 900 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87879 |
Poçt indeksi | 369200, 369201, 369221, 369238, 369241 |
Digər | |
karachaevsk.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəQaraçayevsk şəhəri üç çayın birləşdiyi yerdə: Kuban, Teberda və Marı, dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə yerləşir. Qaraçaevskin sahəsi 1184 ha-dır. Şəhərin iqlimi mülayimdir. Günəşli günlərin çox olması ilə xarakterizə olunur. Orta illik rütubət 70 %-dir. Şaxtasız dövr 175 gün davam edir. Küləklər və dumanlar nadir görülür. Orta illik temperatur +8 °C təşkil edir. Qış isti, az qar keçir. Qışda orta temperatur −2,2 °C-dir. Yayda güclü istilər müşahidə edilmir, orta temperatur + 16.9 °C təşkil edir. Payız isə isti, quru, günəşli və sakit keçir. Payızda orta temperatur +9 °C təşkil edir.
Tarixi
redaktəDağlıq Qaraçayda şəhər quruculuğunun təşəbbüskarı Qaraçay-Çərkəz Muxtar Vilayəti Regional Şurasının İcraiyyə Komitəsinin sədri (1922-1926-cı illərdə rayon icra komitəsinə rəhbərlik etmişdir) Qurman Kurdciyev olmuşdur. Təşəbbüs bəzi məlumatlara görə Qaraçay kəndlərinin nümayəndələrindən olan ağsaqqallar şurası tərəfindən təsdiqlənmişdir. Sonra Qaraçay-Çərkəz MV-nin daxil olduğu Şimali Qafqaz diyarının icraiyyə komitəsinin birinci katibi Anastas Mikoyan[7] tərəfindən dəstəklənmişdir (o, 1926-cı ilin avqustuna qədər diyara rəhbərlik etmişdir). Yeni şəhərin təməlində ilk atılan ilk daş guya 1926-cı ildə indiki şəhər xəstəxanasının yerləşdiyi ərazidə olmuşdur[8].
1926-cı ilin aprelində qaraçay-Çərkəz MV-dən Qaraçayev Muxtar Vilayətinin ayrılması nəticəsində yeni şəhər regional mərkəzinə çevrilməli idi. 17 dekabr 1926-cı il siyahıyaalınmasına əsasən, mərkəzinin inşasında 117 ailədə 157 nəfər (116 kişi və 41 qadın) yaşayırdı, onlardan 120 nəfəri rus (76.4%), 8 nəfər alman (5.1%), 8 nəfər ukraynalı (5.1%), 21 nəfər isə digər millətlərin (13.4%) nümayəndələri olmuşdur. Tikinti sahəsi inzibati cəhətdən Kamennomost Kənd Sovetliyinə daxil ərazi olmuşdur.
Əhali
redaktə- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 644-ci yerdədir. Əhalisinin sıxlığı — 1777,62 nəf./km².
- Milli tərkib
2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[9]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
qaraçaylılar | 16 077 | 72,7 % |
ruslar | 3 610 | 16,3 % |
osetinlər | 658 | 3,0 % |
çərkəzlər | 299 | 1,4 % |
noqaylar | 239 | 1,1 % |
tatarlar | 209 | 0,9 % |
ermənilər | 152 | 0,7 % |
abazinlər | 144 | 0,7 % |
ukraynalılar | 130 | 0,6 % |
digərləri | 595 | 2,7 % |
ümumi | 22 113 | 100 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[10]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
qaraçaylılar | 17 546 | 81,67 % |
ruslar | 2 434 | 11,33 % |
osetinlər | 386 | 1,80 % |
çərkəzlər | 179 | 0,83 % |
tatarlar | 163 | 0,76 % |
ukraynalılar | 102 | 0,47 % |
ermənilər | 95 | 0,44 % |
digərləri | 495 | 2,30 % |
bildirməyənlər | 83 | 0,39 % |
ümumi | 21 483 | 100 % |
Qalereya
redaktə-
Şəhərin görünüşü
-
Şəhərin küçələri
-
Qaraçayevsk
-
Park
-
Qaraçayevsk
-
Ətraf dağlar
-
Şəhərin küçələri
-
Ətraf dağlar
İstinadlar
redaktə- ↑ Абазинско-русский словарь. Около 14 000 слов / Под ред. Тугова В. Б. М.: «Советская Энциклопедия», 1967. 536 с. С. 472.
- ↑ 1 2 "Тхыдэ бейм и щӏыналъэ // РИА «Карачаево-Черкесия», 21.08.2015". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ 1 2 "Архиепископ Феофилакт Къэрэшей-Шэрджэс къэрал университетым щыӏащ // Благословенный Кавказ, официальный сайт Пятигорской и Черкесской епархии, 9 июня 2018". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ Суюнчев Х. И., Урусбиев И. Х. Русско-карачаево-балкарский словарь. Около 35 000 слов. М.: «Советская Энциклопедия», 1965. 744 с. С. 736, 744.
- ↑ Калмыкова С. А. и др. Ногайско-русский словарь. Около 15 000 слов / Под ред. Баскакова Н. А. М.: Государственное издательство иностранных и национальных словарей, 1963. 562 с. С. 478.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Домбай-инфо. Строительство и освоение Карачаевска". 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ "А. Джаубаева. «Сохрани, художник, город, сбереги его для всех…» // День республики, 02.11.2017". 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- ↑ "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.