Qargaliq Naxcivan - Wikipedia
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur.[1][2]
Qarğalıq | |
---|---|
39°12′02″ şm. e. 45°21′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Etimologiya
redaktəQarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.[3]
İstinadlar
redaktə- ↑ AMEA, Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan Ensklopediyası. volume I. Bakı: AMEA. 2005. səh. 321. ISBN 5-8066-1468-9.
- ↑ "Bələdiyyə İnformasiya Sistemi" (Azərbaycan dili). September 24, 2008 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan Toponimləri Ensklopedik Lüğəti'.II cilddə. c.I. s. 304. Bakı: "Şərq-Qərb". 2007. ISBN 978-9952-34-155-3.