Qanli Bazar Gunu - Wikipedia
Qanlı_bazar_günü - Haqqında Məlumat
Qanlı bazar günü (gürc. აპრილის ტრაგედია) — 1989-cu ilin 9 aprel tarixində Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanı. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər.
Qanlı bazar günü | |
---|---|
| |
Tarix | 9 aprel 1989 |
Yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Ümumi itkilər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olmuş, azı 100 nəfərə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü (gürc. ეროვნული ერთიანობის დღე erovnuli ertianobis dghe) kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.