Qanli Baki Film 1994 - Wikipedia
Qanlı_Bakı_(film,_1994) - Haqqında Məlumat
Qanlı Bakı | |
---|---|
Fayl:Qanlı Bakı (film, 1994).jpg | |
Janr | tarixi |
Rejissor | Aydın Dadaşov |
Ssenari müəllifi | Sadıq Elcanlı |
Operatorlar |
Ələkbər Muradov Eldar Məmmədov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1994 |
Filmin növü | sənədli televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1994 |
Rəng | rəngli |
Məzmun
redaktəFilm 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.[1]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Sadıq Elcanlı
- Rejissor: Aydın Dadaşov
- Operator: Ələkbər Muradov, Eldar Məmmədov
- Montaj: Gilana Axundova, Fuad Cabbarov
- Səs rejissoru: Firudin Hüseynov
- Direktor: Ələddin Vəliyev, Faiq Seyidməmmədov
İstinadlar
redaktə- ↑ "Bizim filmlərimiz". AzTv. 2007-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-30.