Qanli 1 May - Wikipedia
Qanlı 1 May (türk. Kanlı 1 Mayıs) — 1977-ci ilin 1 may tarixində Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən Taksim meydanında baş vermiş qətliam hadisəsi. Hadisə hər il ənənəvi formada təşkil edilən Beynəlxalq əmək günü münasibətilə keçirilən 1 may nümayişlərində baş vermişdir. Hadisə nəticəsində 34 nəfər həlak olmuş, 136 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Qanlı 1 May Türkiyə tarixinə ən böyük siyasi qətliamlardan biri olaraq keçmişdir.
Qanlı 1 May | |
---|---|
Hücum yeri |
Taksim meydanı, İstanbul, Türkiyə |
Hücum hədəfi | Mitinqdə iştirak edən şəxslər |
Vaxt |
1 may 1977 təx. 19:00 (UTC+1) |
Hücum üsulu | silahlı qarşıdurma |
Həlak olanlar | 34 |
Yaralılar | 136 |
Terrorçu sayı | bilinmir |
Arxa plan
redaktə1977-ci ilin 1 may günü Beynəlxalq əmək günü qeyd etmək üçün ölkənin müxtəlif bölgələrindən 500 mindən çox şəxs İstanbula gəlməkdə idi. Şəhərə daxil olan qrupların böyük əksəriyyəti DİSK-in rəhbərliyi altında təşkilatlanmış və hərəkət etməkdə idilər. Qruplar səhər saatlarından etibarən Taksim meydanını iki istiqamətdən doldurmuşdu. Yüksək təhlükəsizlik tədbirlərinin görülməsi səbəbindən mitinqdə çıxış etməsi planlaşdırılan şəxslərin əraziyə daxil olması vaxt aparmış, bu səbəbdən tədbirin başlamasında gecikmələr yaşanmışdır. Yerli vaxtla saat 19:00-da dönəmin DİSK başqanı Kemal Türklerin nitqinin sonuna gəlindiyi anda meydandan ilk atəş səsləri yüksəlmişdir. Sular İdarəsi binasının üzərindən və meydanda yerləşən Intercontinental hotelinin damından nümayişçilərin sıx toplaşdığı yerlərə qarşı açılan aramsız atəşlər nəticəsində iştirakçılar arasında anlıq panika yaranmışdır.
İnsanlar panika halında ərazinin tərk etməyə çalışdığı zaman meydana kütlənin dağıdılması üçün panzerlər daxil olmuşdur. Ətrafda yerləşən yüksək binaların pəncərələrindən və damından kütlənin üzərinə atəş açılsada polis atəş açan şəxsləri yox, kütlənin dağıdılması ilə məşğul idi. Yerli polis birliklərinin əsas məqsədi kütlənin Qazancı yoxuşu istiqamətində sıxışdırılması və beləliklə müqavimətin sona çatdırılması ilə bağlı idi. Qazancı yoxuşuna gedən yolun bir yük maşını tərəfindən bağlanması insanların panikasını daha da artırmışdır. Nəticədə kütlə üzərlərinə doğru gələn paznerlərin altında qalmış və bir-birinin üzərinə çıxaraq sağ qalmağa çalışmışdır.
Baş verən hadisə nəticəsində 28 nəfər əzilmə və ya boğulma səbəbindən, 5 nəfər odlu silahla vurulma səbəbindən, 1 nəfər isə panzer təkərləri altında qalaraq həlak olmuşdur. Hadisədə 130 nəfərdən çox şəxs müxtəlif dəcərəli bədən xəsarətləri almışdır. Ölənlərin çoxu Qazancı yoxuşunun yuxarı hissəsində yerləşən yük maşının yolu bağlaması səbəbindən həlak olmuşdur. 1977-ci ilin 1 may tarixində İstanbulun mərkəzində baş verən qətliam faktına görə 470 nəfər şübhəli şəxs qismində saxlanıldı. Saxlanılan şəxslərin böyük bir qismi sonradan hadisə ilə bağlı heç bir əlaqələrin olmaması səbəbindən azad edildilər. Hadisə günü Taksim meydanında yerləşən Sular İdarəsindən və Intercontinental hotelinin damından kütləyə qarşı atəş açan şəxslərin şəxsiyyətləri bu gün belə müəyyənləşdirlə bilməmişdir.
Hadisədən bir müddət sonra Milli İstihbarat Təşkilatı tərəfindən dönəmin Baş Naziri Süleyman Dəmirələ göndərilən sənəddə 1977-ci ilin 1 may tarixində İstanbulun Taksim meydanında baş verən silahlı qarşıdurma Əks-partizan tərəfindən həyata keçirilmiş bir dövlət çevrilişi olaraq dəyərləndirilmişdir.