Qalmaqal I Movsum - Wikipedia
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur[1]; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir.[2]
Qalmaqal I Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 7 |
Ekranlaşdırma | |
Orijinal kanal | ABC |
Orijinal efir | 5 aprel 2012 | – 17 may 2012
Mövsüm xronologiyası | |
← Əvvəlki — Sonrakı → II mövsüm | |
Qalmaqal teleserialının seriyaları |
Məzmunu
redaktə"Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur.
Aktyorlar və personajlar
redaktə
Əsas heyətredaktə
|
İkinci heyətredaktə
|
Qonaq ulduzlarredaktə
|
Seriyalar
redaktəNo. | # | Ad | Rejissor | Ssenari müəllifi | İlk efir tarixi | İstehsal kodu |
ABŞ-də izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|
1 | 1 | Şirin körpə | Pol MakGiqan | Şonda Rayms | 5 aprel 2012 | 101 | 7.33[3] |
Gənc hüquqşünas Kuinn Perkins Oliviya Poup və onun tərəfdaşlarının böhran menecmenti firmasında işə qəbul edilir. Bu işi daima arzulamasına baxmayaraq, Kuinnin beyni qarışır. ABŞ Prezidentinin keçmiş ictimayətlə əlaqələr üzrə mütəxəssisi Oliviya Poup və onun komandası müştərilərin problemlərinin həll edilməsi üçün mümkün olan və olmayan hər şeyi həyata keçirirlər, buna görə də, yenicə işə başlamış Kuinn ilk gündəcə vaxtını tamamilə işə həsr etməli olur. Prezident Fitcerald Qrant və Ağ ev aparatının rəhbəri Sayrus Bin kömək üçün Oliviyaya müraciət etməyə davam edirlər, buna görə də prezidentlə Ağ ev işçilərindən biri arasında romantik münasibətlər haqqında şaiyələr yayıldıqda bu işlə məşğul olmaq məhz Oliviyaya həvalə edilir. | |||||||
2 | 2 | Kiçik çirkli sirrlər | Roksenn Davson | Hezer Mitçel | 12 aprel 2012 | 102 | 7.28[4] |
Pope & Associates şirkətinin yeni müştərisi olan Vaşinqton bordellərindən birinin sahibəsi Şeron Markett ələ keçirilir və Oliviyanın komandası nəyin bahasına olsa da, onun müştərilərinin siyahısını gizli saxlamağa çalışır. Siyahını diqqətlə incələyən Oliviya başa düşür ki, onun köməyinə ehtiyacı olan yalnız Şeron deyil. Kuinn isə keçmiş Ağ ev işçisinə görə pis vəziyyətə düşür. | |||||||
3 | 3 | Cəhənnəm qəzəbi | Allison Liddi-Braun | Mett Birn | 19 aprel 2012 | 103 | 7.21[5] |
Komanda həvəssiz də olsa, milyonçunun zorlamada ittiham olunan oğlunun işi ilə məşğul olmağa başlayır. Oğlanın günahsızlığını göstərən faktlar olmasına baxmayaq, cəmiyyət bunun əksini düşünür. Bu arada, Oliviya prezidentlə əlaqədə günahlandırılan kemiş Ağ ev işçisi Amanda Tennerin maraqlarını təmsil etməyə başlayır. Amanda prezidentlə qısa görüş tələb edir və əvəzində Vaşinqtonu həmişəlik tərk edəcəyini bildirir. Bu vəziyyət Oliviyanı öz keçmişini xatırlamağa məcbur edir. | |||||||
4 | 4 | Dövlət düşməni | Maykl Katlmen | Riçard Robbins | 26 aprel 2012 | 104 | 6.86[6] |
Amandanın işində baş verən gözlənilməz dönüş Sayrus və Oliviya arasında uçurum yaradır. Bütün bunlara səbəb isə Sayrusun məxfi detektiv tutaraq Oliviya və onun komandasında olanların keçmişi ilə bağlı faktlar toplaması olur. Bu arada, komanda Cənubi Amerikadan olan diktatora qaçırılmış ailəsi və uşaqlarını tapmağa kömək edir. Kuinn isə Amandanın işi ilə bağlı məlumat axtaran müxbirlə görüşür. | |||||||
5 | 5 | Qəza və yanğın | Stiv Robin | Mark Uildinq | 3 may 2012 | 105 | 6.69[7] |
Göyərtəsindəki bütün sərnişinlərin həlak olduğu təyyarə qəzasından sonra, Oliviya Poup və onun komandası həlk olmuş pilotun nüfuzunu müdia və aviaşirkətin hücumlarından qorumalıdır. Amanda Tannerin yoxa çıxmasından sonra, Qek onu tapmaq üçün öz qaranlıq keçmişini xatırlamalı olur. Bu arada prezident, vacib layihənin qəbuluna nail olmaq üçün, mürəkkəb münasibətləri olan vitse-prezidentin dəstəyini almağa çalışır. | |||||||
6 | 6 | Cığır | Tom Verika | Cenna Bens | 10 may 2012 | 106 | 6.43[8] |
Amandanın ölüm səbəbini öyrənmək üçün Gideon onun keçmişini öyrənir. Fits və hazırkı vitse-prezident arasında seçkiqabağı yarışın necə keçməsi, Oliviyanın ilk dəfə Fitslə qarşılaşması və komandanın formalaşması göstərilir. | |||||||
7 | 7 | Qrant: Xalq üçün | Roksenn Davson | Şonda Rayms | 17 may 2012 | 107 | 7.33[9] |
Kuinn keçmişi ilə əlaqəli pis vəziyyətə düşür, Oliviya və komandası onun tərəfində durur. Billi Çembersin prezidentlə bağlı qalmaqallı açıqlamasından sonra Sayrus Bin yenidən kömək üçün Oliviyaya müraciət etməli olur. |
Qəbulu
redaktəSerialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır.[10][11] Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil."[12] Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.[13]
Reytinqlər
redaktəLive + SD reytinqlər
redaktəSerialda No. |
Mövsümdə No. |
Seriya | Efir tarixi | Vaxt intervalı (EST) | Reytinq/yayım (18–49) | İzləyicilər (mil/) |
---|---|---|---|---|---|---|
1 | 1 | "Şirin körpə" | 5 aprel 2012 | Cümə axşamı 10:00 P.M. |
2.0/6[3] | 7.33[3] |
2 | 2 | "Kiçik çirkli sirrlər" | 12 aprel 2012 | 2.0/6[4] | 7.28[4] | |
3 | 3 | "Cəhənnəm qəzəbi" | 19 aprel 2012 | 2.0/6[5] | 7.21[5] | |
4 | 4 | "Dövlət düşməni" | 26 aprel 2012 | 2.0/6[6] | 6.86[6] | |
5 | 5 | "Qəza və yanğın" | 3 may 2012 | 1.9/5[7] | 6.69[7] | |
6 | 6 | "Cığır" | 10 may 2012 | 1.9/6[8] | 6.43[8] | |
7 | 7 | "Qrant: Xalq üçün" | 17 may 2012 | 2.3/7[9] | 7.33[9] |
Live + 7 Day (DVR) reytinqlər
redaktəSerialda No. |
Mövsümdə No. |
Seriya | Efir vaxtı | Vaxt intervalı (EST) | 18–49 reytinq | İzləyicilər (mil.) | Ümumi 18-49 | Ümumi izləyicilər (mil.) |
İst. |
---|---|---|---|---|---|---|---|---|---|
1 | 1 | "Şirin körpə" | 5 aprel 2012 | Cümə axşamı 10:00 P.M. |
0.7 | 1.84 | 2.7 | 9.21 | [14] |
2 | 2 | "Kiçik çirkli sirrlər" | 12 aprel 2012 | N/a | N/a | N/a | N/a | ||
3 | 3 | "Cəhənnəm qəzəbi" | 19 aprel 2012 | N/a | 1.69 | N/a | 8.90 | [15] | |
4 | 4 | "Dövlət düşməni" | 26 aprel 2012 | N/a | N/a | N/a | N/a | ||
5 | 5 | "Qəza və yanğın" | 3 may 2012 | N/a | N/a | N/a | N/a | ||
6 | 6 | "Cığır" | 10 may 2012 | N/a | N/a | N/a | N/a | ||
7 | 7 | "Qrant: Xalq üçün" | 17 may 2012 | N/a | 1.74 | N/a | 9.07 | [16] |
Mükafat və nominasiyalar
redaktəMükafat | Kateqoriya | Nominant | Nəticə |
---|---|---|---|
ALMA mükafatı | Sevilən TV aktyor – Dramda ikinci plan aktyoru | Gilyermo Dias | Namizəd |
NAACP Image Awards | Dram serialda əlamətdar ssenari | Şonda Rayms ("Şirin körpə") |
Namizəd |
DVD çıxışı
redaktə | |||||
Dəstə daxildir | Xüsusi əlavələr | ||||
|
| ||||
Çıxış tarixi | |||||
Region 1 | Region 2 | ||||
12 iyun 2012 | 7 oktyabr 2013 |
İstinadlar
redaktə- ↑ "SCANDAL (ABC)". The Futon Critic. 2012-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ Nellie Andreeva. "UPDATE: ABC's 'Scandal' Renewed, 'GCB', 'The River', 'Missing' & 'Pan Am' Canceled". Deadline.com. 11 мая 2012. 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ 1 2 3 Bibel, Sara. "Thursday Final Ratings: 'Big Bang Theory', 'American Idol', 'Person of Interest', 'Missing', 'Up All Night' Adjusted Up; 'Scandal' Adjusted Down". TV by the Numbers. April 6, 2012. 24 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
- ↑ 1 2 3 Bibel, Sara. "Thursday Final Ratings: 'The Office' and 'American Idol' Adjusted Up; 'Scandal' Adjusted Down". TV by the Numbers. April 13, 2012. 24 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2018.
- ↑ 1 2 3 Kondolojy, Amanda. "Thursday Final Ratings: 'American Idol', 'Grey's Anatomy', 'Awake' & 'Missing' Adjusted Up; 'Scandal' & 'Parks and Recreation' Adjusted Down". TV by the Numbers. April 20, 2012. 24 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2018.
- ↑ 1 2 3 Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Idol', 'Big Bang Theory', 'Grey's', 'The Vampire Diaries', 'Mentalist' & 'Missing' Adjusted Up; 'Scandal' Adjusted Down". TV by the Numbers. April 27, 2012. 18 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2018.
- ↑ 1 2 3 Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory', 'American Idol', 'Vampire Diaries', 'Grey's Anatomy' Adjusted Up; 'Secret Circle', 'The Mentalist', 'Scandal' Adjusted Down". TV by the Numbers. May 4, 2012. 18 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2018.
- ↑ 1 2 3 Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Big Bang Theory', 'Idol', 'Vampire Diaries', 'Office', 'Secret Circle', 'Grey's' Adjusted Up; 'Touch', 'Scandal' Adjusted Down". TV by the Numbers. May 11, 2012. 13 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ 1 2 3 Bibel, Sara. "Thursday Final Ratings: 'American Idol', 'Grey's Anatomy', '30 Rock' Adjusted Up; 'Touch', 'Scandal' Adjusted Down". TV by the Numbers. May 18, 2012. 10 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ McGee, Ryan. "Scandal: Scandal". April 5, 2014. 28 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ Wicker, Miranda. "Scandal Premiere Review: Gladiators. In Suits". TV Fanatic. April 6, 2012. 23 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ "SCANDAL: SEASON 1 (2012)". Rotten Tomatoes. 1 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ "Scandal : Season 1". Metacritic. 19 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'New Girl' Tops Absolute Ratings Gain, 'Fringe' Tops % Gains, 'The Mentalist' Tops Total Viewer Gains in Week 29". TV by the Numbers. April 23, 2012. 11 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Ratings & Total Viewer Gains, 'Firm' Tops % Gains in Week 31". TV by the Numbers. May 7, 2012. 10 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
- ↑ Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'Modern Family' Again Leads Ratings and Viewership Gains,'Grimm' Ranks Number One In Percentage Increases". TV by the Numbers. June 4, 2012. 13 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.