Qalicnik - Wikipedia
Qalinçik (mak. Галичник, alb. Galiçnik/Galiçniku) — Şimali Makedoniyanın ərazisində yerləşən dağ kəndi. Lazaropolla birlikdə Miyasyaya aid ən iri və qədim kənddir. Qaliçnikdə ənənəvi arxitektura, həmçinin kənd meydanındakı anfiteatr öz mövcudluğunu qoruyub saxlayır. Kənd ətraf əraziləri və təbiət qoruğu ilə məşhurdur. Bölgədə istehsal edilən yerli sarı kaşkaval adlanan pendir yüksək qiymətləndirilir. Bununla yanaşı bölgədə ənənəvi olan duzlu yerli ağ pendir də vardır.
Qaliçnik | |
---|---|
41°35′39″ şm. e. 20°39′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.611 m, 1.270 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1254 |
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşməsi
redaktəKənd Bıstraya dağının ətəklərində, Mavrov su anbarından və Lazarev Zori qış istirahət məkanından 10 km aralıda yerləşir.
Tarixi
redaktəQəsəbə Miyasiya adlı tarixi etnoqrafik regionda yerləşir. Bu dağlıq ərazi tarixi bir qəbilə olan Miyasların adı ilə bağlıdır. Əfsanəyə görə miyaslar Ukrayna Karpatlarından Balkanlara gəlmişdir. Qalinçik adı isə Qalisiya ilə əlaqəli olması ehtimal edilir.
Bölgədə geniş ərazini əhatə edən otlaqların olsanı Valaxları bura cəlb etmişdir. Bölgə heyvandarlığı inkişaf etdirmək üçün əlverişli ərazidir[1] Keçmişdə Qaliçnik iqtisadiyyatı heyvandarlıq, xüsusilə heyvan ticarəti, pendir, ət və yun məhsulları istehsalına əsaslanırdı. Bu insanlar xalq arasında «Çoban» olaraq tanınırdı. Bu termin əsasən varlı heyvan sahiblərinə şamil edilirdi.
Kənddə Peçalbı ənənələri vardır. Belə ki, mövsümi işlərlə görə kəndin bir çox kişiləri, bənnalar, dülgərlər və digərləri ixtisaslı işçilər kimi böyük şəhərlərdə işləmək üçün üz tuturdular. Onlar bir neçə ay və ya hətta bir neçə il Qaliçnikdən uzaq qalırdılar. Mövsümi işlərdə kişilər ailələrini dolandırmaq üçün kifayət qədər qazannır və bəzən hətta varlanırdılar.
Hadisələr
redaktəKənddə baş verən ən mühüm hadisə, hər ilin iyul ayında Həvvari Pyotr günü ənənəvi toy məclisi keçirilir. XXI əsrdə bu adət kəndə turist cəlb edir və üstəlik UNESCO tərəfindən qorunur.[2]
Tanınmış şəxsləri
redaktə- Aleksandr Sarievski (1922—2002) — tanınmnış makedoniyalı müğənni və bəstəkar.
- Qeorqi Pulevski (1838—1895) — makedoniyalı yazışı, tərcüməçi, tarixçi, inqilabçı və hərbi xadim.
- Parfeni Zoqrafski (1818—1876) — bolqar kyeşiş, filoloq və folklorşunas.
- Dimitre Bujarovski (1952) — makedoniyalı bəstəkar.
- Doksin Mixayloviç (1883—1912) — serb yazışı, Serb inqilabının hərbi rəhbərlərindən biri.
- Slavko Brezovski (1922—2017) — makedoniyali arxitektor. Skopye Universitetinin baş arxitektoru.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Linda Welters. Folk Dress in Europe and Anatolia: Beliefs about Protection and Fertility. Bloomsbury Academic. 100–. ISBN 978-1-85973-287-8. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
- ↑ "Teskoto". www.soros.org.mk. 2008-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-19.