Qalatu Beni Hemmad - Wikipedia
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد) — Əlcəzairdə qədim qala-şəhər.
Qalatu Bəni Həmmad | |
---|---|
ərəb. قلعة بني حماد | |
35°48′50″ şm. e. 4°47′36″ ş. u.HGYO | |
Yer | Msila vilayəti, Əlcəzair |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
İnşaatçı | Həmmad ibn Buluqqin |
Əsası qoyulub | 1007 |
Tərk edilib | 1090 |
Yer qeydləri | |
Vəziyyəti | Dağıntı |
Məxsusluq | Həmmadilər sülaləsi |
Rəsmi adı: Al Qal'a of Beni Hammad | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Ölkə | Əlcəzair |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947).
Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı. Həmmad tərəfindən Məsilənin şimal-şərqində strateji önəmi əla, torpağı əkinçiliyə əlvərişli bir yerdə 1007-ci ildə inşa edilən Qalatü Bəni Həmmad mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib bir şəhər oldu. Həmmad, Məsilə və Həmzə ahalisiylə Cəravə qəbiləsindən bir çox kimsəni buraya gətirtərək yeni şəhərə yerləşdirdi. Məscid, saray, karvansara və müxtəlif rəsmi binalar inşa edilərək şəhərin ətrafı divarlarla çevrildi. Bir müddət sonra Həmmadın qardaşı İbrahimin dəstəyiylə Zirilərdən müstəqilliyini qazanılmasıyla Qalatü Bəni Həmmad yeni qurulan Həmmadilər dövlətinin mərkəzi oldu (1015).
Qaleriya
redaktə-
Qalatu Bəni Həmmad
-
Qalatu Bəni Həmmad