Qalata Korpusu - Wikipedia
Qalata körpüsü (türk. Galata Köprüsü) — Türkiyənin İstanbul şəhərində Haliç boyunca uzanan körpü. Xüsusilə 19-cu əsrin sonlarından etibarən körpü Türk ədəbiyyatında, teatrında, şeiriyyət və romanlarında yer almışdır. "Qalata körpüsü" ifadəsi əslində 19-cu əsrin əvvəllərindən etibarən Eminönü ilə Bəyoğlunu birləşdirən ardıcıl körpülər seriyasına verilmiş kollektiv addır. Bu adla tanınan beşinci körpü 1994-cü ildə inşa edilmişdir.
Qalata körpüsü | |
---|---|
Galata Köprüsü | |
| |
41°01′12″ şm. e. 28°58′23″ ş. u.HGYO | |
Keçid | Haliç |
Yeri | Karaköy–Eminönü, İstanbul, Türkiyə |
Üslubu | Açılan körpü |
Material | polad |
Uzunluğu | 490 |
Eni | 42 |
Açılışı | 1994 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpü İstanbulun Bəyoğlu ilçəsində, Haliçin şimal sahilində yerləşən müasir Karaköyün keçmiş adı olan Qalatanın adını almışdır.
Tarix
redaktəİstanbulda Haliç üzərindəki ilk qeydə alınmış körpü VI əsrdə I Yustinian dövründə şəhərin qərb ucundakı Konstantinopol divarlarının yaxınlığındakı əraziyə yaxın yerdə inşa edilmişdir.
1453 -cü ildə Konstantinopolun fəthi süqutu zamanı, türklər gəmilərini suda yan-yana yerləşdirək süno körpü yaratdılar ki, qoşun Haliçin bir tərəfindən digərinə keçə bilsin.
1502-1503-cü illərdə indiki krpünün yerində tikilmiş ilk körpünün inşası planlaşdırılırdı. Sultan II Bəyezid körpü üçün dizayn istədi və Leonardo da Vinci Haliç üçün 240 m uzunluğunda və 24 m genişliyində misli görünməmiş körpü planı hazırladı. Bu körpü inşa olunsaydı o dövrün dünyadakı ən uzun körpüsü olacaqdı. Lakin bu iddialı dizayn Sultan tərəfindən təsdiqlənmədi.
Digər bir italyan rəssam olan Mikelancelo da İstanbul üçün körpü hazırlamağa dəvət edilmişdi. Mikelancelo təklifi rədd etdi və Haliç üzərində körpü tikmək fikri 19-cu əsrə qədər ertələndi.
Leonardonun körpü dizaynının kiçik ölçülü bir versiyası 2001-ci ildə, Leonardonun eskizinə əsaslanan ilk inşaat mühəndisliyi layihəsi olaraq müasir rəssam Vebjorn Sand tərəfindən Norveçin paytaxtı Oslo şəhəri yaxınlığında həyata keçirilmişdir. Layihə körpü dizaynını qlobal ictimai incəsənət layihəsi olaraq, yerli materiallardan istifadə edilərək və yerli sənətkarlarla əməkdaşlıq edərək İstanbuldakı Haliç də daxil olmaqla, bütün dünyada praktiki bir körpü dizaynı olaraq həyata keçirməyi ümid edir. The Wall Street jurnalı bu layihəyə "... millətlər üçün loqo" olaraq istinad etmişdir. [1]
Hayratiyə körpüsü
redaktə19-cu əsrin əvvəllərində II Mahmud (1808–1839) Azapkapı ilə Unkapanı arasındakı su yolundan bir qədər irəlidə körpü tikdirdi. Hayratiyə adlandırılan bu körpü 3 sentyabr 1836 -cı ildə açıldı. Körpü əlaqəli pontonlar üzərində tikilmiş və təxminən 500–540 m uzunluğunda olmuşdur.
Cisr-i Cədid körpüsü
redaktəSu yolunun girişindəki ilk Qalata körpüsü 1845-ci ildə Sultan Əbdülməcidin (1839-1861) anası Validə Sultan tərəfindən tikilmiş və 18 il istifadə edilmişdir. Kürpü Cisr-i Atik və ya Köhnə körpü olaraq tanınan daha əvvəlki körpüdən fərqləndirmək üçün Cisr-i Cədid və ya Yeni Körpü olaraq adlandırılırdı. Körpü taxtadan tikilmişdi. Baedeker körpünü "Sultan Validə körpüsü" adlandırmışdır.[2]
Şair İbrahim Şinasinin Karaköydə yazılmış beytində yeni körpünün sultan I Əbdülməcid tərəfindən inşa edildiyi bildirilmişdir. Körpünün üzərindən keçən ilk şəxs Sultan Əbdülməcid, altından keçən isə Cygne gəmisində olan fransız kapitan Maqnan olmuşdur.
İkinci körpü
redaktəKörpü 1863-cü ildə III Napoleonun İstanbula səfərindən əvvəl infrastrukturun yaxşılaşdırılması zamanı Sultan Əbdüləzizin (1861-1876) sifarişi ilə Esem Pertev Paşa tərəfindən tikilmiş ikinci taxta körpü ilə əvəz edilmişdir.
Üçüncü körpü
redaktə1870-ci ildə üçüncü körpünün inşası üçün Fransız şirkəti olan Forges et Chantiers de la Mediteranée ilə müqavilə imzalansa da, Fransa-Prussiya müharibəsinin başlaması layihəni gecikdirdi və layihə 1872-ci ildə İngiltərənin G. Wells şirkətinə verildi. 1875-ci ildə tamamlanan bu körpü 480 metr (1,570 ft) uzunluğunda və 14 metr (46 ft) genişliyində idi və 24 ponton üzərində dayanırdı. İnşası üçün 105 000 qızıl lirənin xərcləndiyi körpü 1912-ci ilə qədər istifadə edilmişdir.
Dördüncü körpü
redaktəDördüncü Qalata körpüsü 1912 -ci ildə Alman firması Hüttenwerk Oberhausen AG tərəfindən 350 000 qızıl lirəyə inşa edilmişdir. Körpü 466 metr (1,529 ft) uzunluğunda və 25 metr (82 ft) genişliyində idi. 1992-ci ildə baş verən yanğın nəticəsində çox zədələnmiş və indiki körpüyə yer açmaq üçün Haliçdən götürülən körpü bu gün də bir çoxlarına tanışdır.
Beşinci (indiki) körpü
redaktəBeşinci Qalata körpüsü Türkiyənin STFA inşaat şirkəti tərəfindən Karaköy ilə Eminönü arasındakı əvvəlki körpüdən bir neçə metr aralıda inşa edilmiş və 1994-cü ilin dekabrında tamamlanmışdır. Körpü 490 metr (1,610 ft) uzunluğunda bir açma körpüdür. Körpünün göyərtəsi 42 metr (138 ft) genişliyindədir və hər iki istiqamətdə üç avtomobil zolağı və bir piyada keçidinə malikdir. Bu yaxınlarda körpüyə yenidən Tramvay yolları əlavə edilmişdir.
Mədəniyyət
redaktəQalata körpüsü imperiya sarayının və imperiyanın əsas dini və dünyəvi qurumlarının yeri olan ənənəvi şəhər ilə əhalisinin böyük bir hissəsinin qeyri-müsəlman olduğu və əcnəbi tacirlərin və diplomatların yaşadığı və işlədiyi Qalata, Bəyoğlu, Şişli və Harbiyə ilçələri arasında simvolik əlaqə yaradır. Peyami Safanın Fatih-Harbiye adlı romanında da yazdığı kimi, körpü ilə Fatihdən Harbiyəyə keçən insan fərqli bir mədəniyyət və sivilizasiyaya ayaq basır. Bədii ədəbiyyatdakı yeri ilə birlikdə, Qalata körpüsünün romantik görünüşü onu bir çox rəsm və heykəlin mövzusuna çevirmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ (WSJ, Nov. 5–6, 2005) h
- ↑ "Kara-Keui (Galata) Bridge, Constantinople, Turkey". World Digital Library. 1890–1900. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.