Qalancoj Rayonu - Wikipedia
Qalançoj rayonu (çeç. Галайн-Чӏожан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının ərazi vahidi olaraq 2012-ci ildə Çeçenistan Respublikasının Konstitusiyasına uyğun olaraq bərpa edildi[2]. Hüquqi bərpa respublikanın inzibati-ərazi tərkibində faktiki dəyişikliyə səbəb olmadı[3]. Ərazi 1925-1944-cü illərdə də mövcud olmuşdur. İnzibati mərkəzi Qalançoj kəndidir.
Qalançoj rayonu | |
---|---|
42°52′53″ şm. e. 45°18′00″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qalançoj |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1925 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1925-ci ildə 1929-cu ilə qədər mövcud olduğu Çeçen Muxtar Vilayətinin tərkib hissəsi kimi quruldu. 1935-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkib hissəsinə daxil edildi. 1944-cü ildə Çeçenlərin və inquşların deportasiyası zamanı ərazi boşaldıldı. 1944-cü ilin fevral ayında Qalanşoj rayonu ləğv edildi və ərazisi Açxoy-Martan, Sunça, İtum-Kalin rayonlarının bir hissəsinə çevrildi. 1956-cı ilin dekabrında Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Bərpasından sonra çeçen əhalisinə ərazidə məskunlaşmaq qadağan edildi. 1992-ci ildən 1997-ci ilədək öz müstəqilliyini elan etmiş Çeçen-İçkeriya respublikasının bir hissəsi kimi mövcud idi. 2012-ci ildə Çeçenistan Respublikasının tərkibində bir rayon olaraq bərpa edildi[4]. 2014-cü ildə Qalançoj inzibati rayonunu təşkili üçün dövlət komissiyası təşkil edildi[5].
Əhali
redaktə1939-cu il məlumatına görə rayon ərazisində 9 499 nəfər əhali yaşayırdı. Milli tərkib: çeçenlər 95,7 %, ruslar 2,8 %, inquşlar 0,5 %, ukraynalılar 0,4 %.
İnzibati tərkib
redaktə1944-cü ildə Çeçenlərin və inquşların deportasiyasına qədər rayon ümumilikdə sıx məskunlaşmış bölgələrdən idi. Burada 140 kənd 12 kənd sovetliyində birləşdirilmişdi[6].
Akka (Akka k.),
Yalxaroy (Yalxaroy k.),
Baloy (Baloy k.),
Qalançoj (Qalançoj k.),
Peşkoy (Peşkoy k.),
Xaybax (Xaybax k.),
Naşxoy (Manqust k.),
Bavloy (Bauloy k.),
Nikaroy (Nikaroy k),
Melxest (Meşi k.),
Kiy (Erdıç k.),
Merecoy (Merecoy k.).
Mədəniyyət abidələri
redaktəQalançoj rayonu əfsanəyə görə çeçen xalqının formalaşdığı qədim tarixi Çeçen bölgələrindən biridir.
Çeçen xalqı üçün tarixi və mənəvi dəyər daşıyan erkən və son orta əsrlərə aid abidələr sırasında Qalançoj rayonunun ərazisində qədim hərbi və yaşayış qüllələri, qalalar yerləşir. Xüsusilə insanlar tərəfindən rəğbətlə qarşılanan Qalançoy gölü və Erdi-kor dağının adını çəkmək olar.
İstinadlar
redaktə- ↑ http://demoscope.ru/weekly/ssp/rus_pop_39_2.php.
- ↑ "Конституционный закон Чеченской Республики О ВНЕСЕНИИ ИЗМЕНЕНИЙ В СТАТЬЮ 59 КОНСТИТУЦИИ ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКИ от 1 ноября 2012 года N5-РКЗ". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ Указ Президента Чеченской Республики «Об утверждении реестра административно-территориальных единиц Чеченской Республики» от 11 августа 2010 года N 167 Arxivləşdirilib 2019-02-10 at the Wayback Machine (с изменениями на: 11.03.2016)
- ↑ "В Чеченской Республике восстановлены Чеберлоевский и Галанчожский районы". Archived from the original on 2015-04-11. İstifadə tarixi: 2019-10-12.
- ↑ "«О ГОСУДАРСТВЕННОЙ КОМИССИИ ПО ОБРАЗОВАНИЮ ЧЕБЕРЛОЕВСКОГО И ГАЛАНЧОЖСКОГО МУНИЦИПАЛЬНЫХ РАЙОНОВ ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКИ»". 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ "В Чеченской Республике восстановлены Чеберлоевский и Галанчожский районы". 2018-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.