Qala Film 2008 - Wikipedia
Bu məqalə Qala filmi haqqındadır. Digər mənalar üçün Qala (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qala — Rejissor Şamil Nəcəfzadənin filmi.[2]
Qala | |
---|---|
Fayl:Qala (film, 2008).jpg | |
Janr |
dram faciəvi komediya |
Rejissor | Şamil Nəcəfzadə |
Ssenari müəllifləri |
Şamil Nəcəfzadə Ramiz Rövşən |
Baş rollarda |
Rasim Balayev — Soltan Firəngiz Mütəllimova — Nazpəri Sona Mikayılova — Əsli |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Cahangir Zülfüqarov |
Rəssamlar |
Arif Məhərrəmov Əziz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 avqust 2008, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 83 dəq.[1] |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1334469 |
Məzmun
redaktəHadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.
Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.
Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar.[3]
Film haqqında
redaktəFilmin nüsxəsi İranda çıxarılmış, səs yazılma prosesi isə Moskvada həyata keçrilmişdir. "Dolbi stereo" səs sistemi ilə yazılmışdır.
Kütləvi səhnələrdə kənd camaatından istifadə olunub.
Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazmışdı.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Şamil Nəcəfzadə
- Ssenari müəllifi: Şamil Nəcəfzadə, Ramiz Rövşən[4]
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Arif Məhərrəmov, Əziz Məmmədov
- Bəstəkar: Cahangir Zülfüqarov
- Rejissor: Akif Rüstəmov
- Rejissor assistenti: Murad Muradov, Günel Nəcəfzadə, Natiq Əliyev
- Geyim rəssamı: Şahin Həsənli (rəssam)
- Qrim rəssamı: Elbrus Vahidov
- Prodüser: Xamiz Muradov, Rauf Atamalıbəyov, Timur Vaynşteyn
- İcraçı prodüser: Arif Səfərov
- Musiqiçilər : Tar — Sahib Paşazadə, Kamança — Toğrul Əsədullayev
Rollarda
redaktə- Rasim Balayev — Soltan kişi
- Vidadi Həsənov — Əbil müəllim
- Yuliya Peresild — Qalina
- Məmmədağa Əlilicanzadə — Xanbala
- Məbud Məhərrəmov — Rafiq müəllim
- Elman Rəfiyev — Seyid
- Sona Mikayılova — Əsli
- Yuri Baliyev — Nikolay
- Firəngiz Mütəllimova — Nazpəri
- Qorxmaz Əlilicanzadə — film direktoru
- Alyona Zinovyeva — Marina
- Pərviz Məmmədrzayev — Osman
- Zümrüd Qasımova — aktrisa
- Əsgər Rəhimov — aktyor
- Qurban İsmayılov — zabit
- Rasim Cəfərov — kepkalı oğlan
- Ədalət Ziyadxanlı — rəhbər işçi
Şəkil
redaktəƏvvəlki: Qafqaz |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2008 |
Sonrakı: Sahə |
İstinadlar
redaktə- ↑ IMDb (ing.). 1990.
- ↑ Milli kinomuzun 110 yaşı: Bu münasibətlə “Qala” filmi nümayiş olunacaq: [Rejissor Şamil Nəcəfzadənin eyni adlı filmi] //Bizim yol.- 2008.- 2 avqust.- S. 15.
- ↑ Azər N. Şamil Nəcəfzadənin “Qala”sı: [Rejissorun eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2008.- 21 avqust.- S. 13.
- ↑ Mükərrəmoğlu, M. Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: [Kinorejissor Şamil Nəcəfzadənin Ramiz Rövşənlə birgə yazdığı ssenari əsasında çəkdiyi “Qala” filmi haqqında] //Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 8.
Mənbə
redaktə- "Qala" //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 8.
- Mükərrəmoğlu, M. “Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: "Qala" filmi haqqında bəzi ştrixlər” //Xalq qəzeti.-2010.- 24 yanvar.- səh. 8.