Qafqaz Susamuru - Wikipedia
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır.
Qafqaz susamuru | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Qafqaz susamuru |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Görünüşü
redaktəBədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir.
Arealı
redaktəŞimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar. Dağ və dağətəyi, xüsusi ilə meşəli sahilləri və bol balığı olan çaylarda yaşayırlar. Yer səthindən 2000 metr hündürlükdə qarşılaşmaq olar. Adətən bir daimi və bir neçə müvəqqəti yuvaları olur. Daimi yuvanın girişi suyun altında olur. Alatoran və gecə vaxtı fəal olurlar. Adətən təklikdə qalırlar.
Qidalanması
redaktəƏsasən balıqla, eləcə də suda və suya yaxın yaşayan onurğalı canlılarla qidalanırlar.
Çoxalması
redaktəDölün inkişafında, vaxt baxımından xeyli tərəddüd edən, latent mərhələnin olması səciyəvidir. Qafqazda su samurunun qızışması qışın əvvəlində baş verir. Latent dövründən sonra boğaz olma müddəti təxminən 60 gündür. Dişi 2-4 bala doğur. Cinsi yetkinliyə, üç yaşında çatır.
Sayı
redaktəDəqiq sayı məlum deyil. Ola bilsin 1980-ci ildə 6 min civarında idi. Onlardan Gürcüstanda 4,5 min. Bütün arealda nadirdir. Sayının azalması, birbaşa insan tərəfindən təqib olunması, çay axarlarının tənzimlənməsi, çayların qırağındakı meşələrin qırılması ilə əlaqəlidir.
Qorunması
redaktəLaqodex, Kazbek, Liaxv, Zakatala, Dilican, Qafqaz, Kolxida, Riçin qoruqlarından saxlanırlar.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0