Qafqaz Benovsesi - Wikipedia
Qafqaz bənövşəsi (lat. Viola caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.
Qafqaz bənövşəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qafqaz bənövşəsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari-lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır. Qutucuq uzunsov-yumurtavari, çılpaq 5-9 mm uzunluqdadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Mezokserofit bitkidir. Subalp və alp qurşaqlarında qayaların çatlarında, daşlı yamaclarda, çəmənlərdə, daşlı və çınqıllı yamaclarda rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
redaktəBöyük Qafqazın Quba sahəsi və şərq hissəsi, Kiçik Qafqazın şimal hissəsi. BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp və subalp qurşaqlarında yayılmışdır. Qaya yarıqlarında, çəmənlərdə, töküntü torpaqların üzərində, daşlı və çınqıllı yamaclarda bitir.
Sayı və tendensiyası
redaktəPopulyasiyanın təbii bərpası azalır, yaşama ərazisi məhdudlaşır.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (Əhali tərəfindən bəzək bitkisi kimi çiçəklərinin yığılması) və populyasiyanın azsaylı olması.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.